D Dövlət qurumunun tabeliyində publik hüquqi şəxs
  • 1.4K

Dövlət qurumunun tabeliyində publik hüquqi şəxs

Other

Hüquqşünas

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hüquqşünas

  • Истекает 4 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş saatları : 09:00-18:00

İş yeri : Bakı şəhəri, Nəsimi rayonu

Əmək funksiyaları

  • Qurumun aiddiyyəti struktur bölmələrinin hüquqa (hüquqi xidmətlərə) dair sorğularına peşəkar şifahi və yazılı cavab vermək;
  • Normativ hüquqi akt layihələrinin, təşkilat-sərəncamverici sənədlərin hazırlanmaq və hazırlanmış sənədlərə dair peşəkar hüquqi rəy vermək;
  • Çalışdığı struktur bölmənin hazırladığı müqavilə, protokol və digər sənədləri sistemləşdirmək, onların elektron daşıyıcıda arxivləşdirilməsini təmin etmək və nəzarət etmək;
  • Yerli və xarici şirkətlərlə olan satınalma, əməkdaşlıq, sponsorluq müqavilələrinin və memorandumların hazırlanmasında iştirak etmək;
  • Yerli və xarici investorların investisiya layihələrinə dair hüquqi rəylər vermək, zəruri hüquqi sənədlərin hazırlanmasını təmin etmək;
  • Qurumun adından çalışdığı struktur bölmənin fəaliyyəti ilə bağlı digər dövlət qurumlarına və şirkətlərə göndərilən məktubların tərtib olunmasını, tərtib olunmuş məktubların yoxlanılmasını təmin etmək;
  • İnzibati, mülki və digər məhkəmə işləri üzrə hüquqi sənədləri hazırlamaq, qurumun məhkəmə işlərinin elektron izlənilməsini təmin etmək və lazım gəldikdə məhkəmədə nümayəndə kimi çıxış etmək;
  • Qurum adından digər dövlət və özəl qurumlarda təmsilçilik;
  • Qurumdaxili və digər qurumlardan daxil olmuş hüquqi sənədlərin ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək.

Vəzifə tələbləri: 

  • Hüquq sahəsində ali təhsil;
  • Azərbaycan və ingilis dillərini əla bilmək (Rus dili arzuolunandır);
  • Normayaratma sahəsində1 ildən az olmayaraq iş təcrübəsi;
  • Kommersiya hüququ, investisiya hüququ, mülki hüquq sahəsinə dair nəzəri biliklər və  (və ya) iş təcrübəsi;
  • Xarici dillərdə və (və ya) xarici dövlətlərin qanunvericiliyinə uyğun tərtib edilmiş müqavilələrlə işləmək bacarığı;
  • Dövlət qurumlarında 2 ildən az olmayaraq iş təcrübəsi;
  • İnzibati hüquq sahəsinə, publik hüquqi şəxslərin hüquqi status və fəaliyyətinə dair biliklər;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • e-qanun.az, e-mehkeme.gov.az portallarından istifadə etmək üzrə yüksək bacarıqlar;
  • Məsuliyyət, dəqiqlik, məntiqi təhlil etmək və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;

Əmək haqqı:

  • Əmək haqqı: 2000-3000 AZN (müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.).

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini email-in mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə 20.12.2024-cü il tarixinədək qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

  • Daily0
  • Weekly351
  • Monthly1989