Vəzifə Öhdəlikləri
Satış və Mağaza İdarəçiliyi
- Mağazaların təyin olunan satış hədəflərinə çatmasını təmin etmək
- Satış strategiyasının hazırlanmasında iştirak etmək və icrasına rəhbərlik etmək
- Hər mağazanın satış göstəricilərini izləmək, təhlil etmək və artırmaq üçün tədbirlər görmək
- Müştəri davranışlarını analiz edərək yeni satış imkanlarını müəyyənləşdirmək
- Rəqibləri araşdıraraq bazar analizləri aparmaq və hesabat hazırlamaq
- Hər bir mağazanın gündəlik satış fəaliyyətini nəzarətdə saxlamaq
- Mağaza heyətinin iş qrafiklərini optimallaşdırmaq və effektiv idarə etmək
- Daxili əmək qaydalarının, iş proseslərinin və mağaza siyasətinin tətbiqinə nəzarət etmək
- Korporativ satış istiqamətlərini təşkil etmək və inkişaf etdirmək
Müştəri Xidmətləri və Keyfiyyətə Nəzarət
- Müştəri məmnuniyyətini artırmaq üçün xidmət standartlarını müəyyənləşdirmək
- Şikayətləri və iradları təhlil etmək və onların həlli yollarını tapmaq
- Müştərilərlə əlaqəni gücləndirmək üçün xüsusi tədbirlər keçirmək (anketlər, sorğular və s.)
Komanda İdarəçiliyi və Təlimlər
- Satış komandasının motivasiyasını və effektivliyini artırmaq üçün tədbirlər görmək
- Mağaza menecerləri və satış heyətinin performansını qiymətləndirmək və inkişaf etdirmək
- Yeni işçilərin adaptasiya prosesini təşkil etmək və onlara təlimlər keçmək
- Satış heyətinin bilik və bacarıqlarının artırılması üçün mütəmadi təlimlər təşkil etmək
Satış Müdiri üçün Əlavə Hüquqlar
- Satışların artırılması və mağaza fəaliyyətinin təkmilləşdirilməsi üçün yeni strategiyalar təklif etmək
- İşçilərin performansını qiymətləndirərək bonus və ya cərimə ilə bağlı rəhbərliyə təklif vermək
- Mağaza heyəti ilə iclaslar təşkil etmək və şirkətin fəaliyyətinə uyğun qaydalar müəyyənləşdirmək
- Öz səlahiyyətləri çərçivəsində mağaza idarəçiliyi ilə bağlı qərarlar qəbul etmək
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə əsasən bütün hüquqlardan istifadə etmək
Satış Müdiri üçün Əsas Məsuliyyətlər
- Satışların artırılmasına və mağazaların ümumi performansına görə məsuliyyət daşımaq
- Mağaza menecerlərinin və satış komandalarının fəaliyyətinə görə
- Mağazalarda müştəri məmnuniyyətinin təmin olunmasına görə
- Məhsul və stok idarəçiliyinin düzgün həyata keçirilməsinə görə
- İşçilərin daxili qaydalara və əmək intizamına riayət etməsinə görə
- Mağazalarda təhlükəsizlik və sanitar-gigiyena qaydalarına əməl edilməsinə görə
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icra olunmasına görə
İş Şərtləri
- İş qrafiki: Tam ştat (6 gün)
- Əmək haqqı: 1000–1500 AZN + %
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.