Yeni fəaliyyətə başlayacaq elektron ticarət saytı komandasına 2 nəfər kreativ Korporativ satış mütəxəssisi axtarırıq.
Yeni platformamızın inkişafı üçün enerjili, yaradıcı və məsuliyyətli komandaya ehtiyacımız var. Əgər sən də dinamik mühitdə işləməyi, yeni layihələr qurmağı və brendin böyüməsində birbaşa rol oynamğı istəyirsənsə — bizə qoşul!
Vəzifə öhdəlikləri:
- Korporativ müştərilərə məhsulun təqdimatı və satışı;
- Korporativ satışlarla bağlı mövcud və yeni müştərilərlə mütəmadi görüşlərin keçirilməsi.
- Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması;
- Bazarın və rəqiblərin təhlili, satış imkanlarının müəyyənləşdirilməsi;
- Müştəri ehtiyaclarının müəyyən olunması və uyğun təklif olunması;
- Satış planlarının yerinə yetirilməsi və hesabatların təqdim olunması;
- Şöbə üzrə iş effektivliyinin artırılması üçün proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Bazar trendlərinin izlənilməsi və satış imkanlarının artırılması üzrə təkliflərin verilməsi;
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında sərbəst şəkildə işləmə bacarığı;
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı;
- qabaqcıl təcrübə qazanmaq imkanı;
İş yeri: Bakı
CV-ni Müraciət et düyməsində qeyd olunan elektron ünvanına və ya +994 55 727 77 97 nömrəsinə (WP) göndər. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.
Gəl, birlikdə daha böyük bir brend quraq!