İş şəraiti:
- İş yeri: Qaradağ
- İş sahəsi: Tikinti / İş icraçısı
- Əmək haqqı: 1000 AZN gross(başlanğıc olaraq)
- İş qrafiki: Həftənin 6 günü, saat 9:00-18:00.
Vəzifə öhdəlikləri:
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin, tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prisniplərini bilmək;
- Layihə üzrə iş həcmlərini və istifadə olunan materialları izləmək;
- Briqadaların və podratçıların işini koordinasiya etmək;
- Tikinti prosesində istifadə olunan materialların keyfiyyətini və düzgün tətbiqini yoxlamaq;
- Günlük və aylıq icra hesabatlarını hazırlamaq;
- Layihə mühəndisi və texniki nəzarətçi ilə birgə iş qrafiklərinin yerinə yetirilməsini təmin etmək;
- Ərazi və işçi təhlükəsizliyinə nəzarət etmək.
Namizədə tələblər:
- Ali təhsil (inşaat sahəsində olması üstünlükdür);
- Qaradağ rayonu Lökbatan/Sahil qəsəbəsi ərazisində yaşamaq;
- Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
- Tikinti layihələri üzrə rəsmlərlə (çertyojlarla) işləmə bacarığı;
- Tikinti materialları və texnologiyaları haqqında biliklər;
- Komanda ilə işləmə, məsuliyyət və operativlik bacarığı;
- AutoCAD, MS Office proqramlarını bilmək.
Müraciət qaydası:
Qaradağ rayonu, Lökbatan/Sahil qəsəbəsində yaşayan namizədlərdən CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu yerinə “Tikinti sahəsində iş icraçısı” yazmaqla göndərməyi xahiş olunur.