Satış rəhbəri

  • Истекает 30 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş barədə məlumat:

  • Məhsullarının hüquqi şəxslərə satışı üzrə şirkət strategiyasının həyata keçirilməsi;
  • B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək;
  • Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasının təmin edilməsi;
  • Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;
  • Müştəri məlumat bazasının yığılması və davamlı təkminləşdirilməsi;
  • Potensial müştərilərə satış təqdimatlarının hazırlanması və təqdim edilməsi;
  • Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliklərin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;

Tələblər:

  • Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
  • Ümumi satış təcrübəsi 5-8 il, (korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan və Rus dili mükəmməl səviyyədə (mətnlərin hər dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir);
  • Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
  • Analiz, problemlərin həlli və qərarvermə bacarağı;
  • Fərdi keyfiyyət tələbləri: Ünsiyyət qurmaq, dəqiqlik, idarəetmə və koordinasiya, analitik düşüncə, komanda ilə işləmək, stressə davamlılıq, satış planlaması.

İş şəraiti: 

  • İş saatı 09:00-18:00-dək
  • Həftədə 5 günlük iş qrafiki .
  • Nahar vaxtı 13:00-14:00-dək
  • Əmək haqqı: 900-1000 (+ bonus) AZN 
  • Yaş: 28-40
  • Cinsi: Kişi.

Tələblərə cavab verən namizədlərdən şəkilli CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satış rəhbəri” yazmaqla Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily4
  • Weekly590
  • Monthly210