Göstərilən şərtlərə diqqət yetirin. SV-ni göndərməzdən əvvəl elanı yenidən oxuyun.
İş barədə məlumat:
- Şirkətin sifarişlərinin qrafik əsasında təyin olunmuş ünvanlarda müştərilərə çatdırılması;
- Şəhərdaxili məhsul çatdırılmasını təmin etmək;
- Məhsulların sifarişçilərə təhvil-təslimi prosesini sənədləşmə üzərindən icra etmək;
- Anbardan və ya mağazadan məhsul çıxışı zamanı sənədləşmə üzrə onları qəbul etmək və ya təhvil vermək;
- Avtomobildən istifadə zamanı texniki istismar qaydalarına əməl olunması;
- Avtomobilin istismarı zamanı meydana gələn nasazlıqlar barədə aidiyyatı rəhbərliyə əvvəlcədən məlumat vermək;
- Maşın şirkət tərəfindən verilir və günün sonunda ofis dayanacağında qalır.
- Yaş: 25 – 45 yaş arası;
- Bəy namizədlər tələb olunur
- Təhsil: Orta ixtisas (Ali təhsili olması arzu olunandır);
- Dil bilikləri : Azərbaycan dili-səlis
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
İş rejimi:
- 5 günlük iş rejimi (09:00-18:00)
- Əmək haqqı: 500 AZN
- İş yeri: Kazim Kazimzadə 7,
- AR ƏM əsasən rəsmiləşdirmə
- Korporativ nömrə verilir
Xahiş edirik, SV göndərərkən, tam məlumatlarınızı, yaşınızı və yaşayış yerinizi yazın. Fotoşəkilsiz SV nəzərə alınmayacaq. Zəhmət olmasa tələbləri və şərtləri diqqətlə oxuyun.
Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Sürücü ekspeditor” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.