Resepşn

  • Deadline 28 November 2026

📢 EDDE Global komandasına Resepşn vəzifəsi üçün əməkdaş axtarılır!

 

Biz kimik?

EDDE Global xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətdir. Biz abituriyentlərə dünyanın nüfuzlu universitetlərinə qəbul prosesində, sənəd hazırlığından viza müraciətinə qədər bütün mərhələlərdə dəstək oluruq.

 

Vəzifə: Resepşn 

 

İş yeri: Bakı şəhəri, N.Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 61

 

İş qrafiki: Bazar ertəsi – Cümə, 09:30–18:30

 

Əsas vəzifə və öhdəliklər:

 

Ofisə gələn yerli və xarici qonaqların, abituriyent və valideynlərin xoş qarşılanması və müvafiq əməkdaşa yönləndirilməsi

Daxil olan zəngləri cavablandırmaq və yönləndirmək

Sənədlərin qəbulu, qeydiyyatı və müvafiq məsul şəxslərə təhvil verilməsi

Rəhbərliyin və komandanın inzibati tapşırıqlarını icra etmək

 

Namizədə tələblər:

 

Ali və ya orta ixtisas təhsili

Azərbaycan dilində mükəmməl bilik, xarici dil biliyi (ingilis/rus) üstünlükdür

MS Office proqramlarını (Word, Excel, Outlook) bilmək

Məsuliyyətli, xoş ünsiyyətli və vaxta riayət edən olmaq

 

Biz nə təklif edirik:

 

Əmək haqqı müsahibə zamanı razılaşma yolu ilə müəyyən edilir

Rəsmi əmək müqaviləsi

Səmimi və peşəkar iş mühiti

 

CV-nizi mövzu hissəsində "Resepşn" qeyd edərək [email protected] ünvanına göndərməyinizi xahiş edirik. Marağınıza görə təşəkkür edirik!

 

  • Daily0
  • Weekly452
  • Monthly2425