Beynəlxalq təhsil sahəsində karyerasına başlamaq, universitet müraciətləri və tələbə qəbulu proseslərində təcrübə qazanmaq istəyən, öyrənməyə açıq və məsuliyyətli məzunlar üçün EDDE Global komandasında full-time, ödənişli təcrübə proqramı elan edirik - Təcrübəçi (University Applications & Admissions Support)
Təcrübə müddəti: 3 ay
Vəzifələr:
- Universitet müraciətlərinin edilməsi və idarə olunmasına dəstək
- Tələbə sənədlərinin yoxlanılması və sistemə daxil edilməsi
- Universitetlərlə yazışmaların aparılması
- Komanda tərəfindən verilən əlavə tapşırıqların icrası
Tələblər:
- Ali təhsilini bitirmiş (məzun)
- İngilis dili: minimum B1
- Yazılı və şifahi ünsiyyət bacarığı yüksək
- Məsuliyyətli, diqqətli və detal yönümlü
- Yeni sistemləri öyrənməyə və beynəlxalq təhsil sahəsində inkişaf etməyə açıq
Təcrübə proqramına qoşulmaq üçün Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyat formasını doldurmağınız xahiş olunur.