Vəzifə öhdəlikləri:
- Biznes layihələrini idarə etmək;
- Müştərilər üçün təklif paketləri hazırlamaq;
- Bazarın, rəqiblərin müntəzəm araşdırılması və təhlilinin aparılması;
- Biznesin inkişafı üçün yerli və xarici müştərilərlə və tərəfdaşlarla əlaqələrin qurulması;
- Görülən işlər barədə həftəlik, aylıq və illik hesabatların rəhbərliyə təqdim edilməsi;
- Potensial müştərilərin müəyyən edilməsi, onların tələblərinə və ehtiyaclarına uyğun olaraq təkliflərin hazırlanması;
- Peşəkar təqdimatların, təklif paketlərinin hazırlanması və təqdimatların edilməsi;
- Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaları hesabat şəklində rəhbərliyə çatdırmaq;
- Potensial müştərilər haqqında məlumatlar toplamaq və rəhbərliyə təqdim etmək;
- Şirkətin biznes inkişafı strategiyasının, strateji və operativ biznes planlarının hazırlamaq;
- Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;
- Yeni məhsulların yaradılması, onların təşviq metodlarını işləyib hazırlamaq;
- Müştərilərin şirkətə bağlılığını artırmaq üçün tədbirlər planını hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;
- Müştərilərlə əlaqələr qurmaq, görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi işini aparmaq, dövrü hesabatlar hazırlamaq və təhlilini aparmaq;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, təhlillər aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərinə təkliflərini bildirmək;
- İxrac proseslərinin koordinasiyası və sənədləşməsini aparmaq;
- Ətraf mühitə minimal təsir və öz sağlamlığı üçün riskin azaldılması məqsədi ilə öz işinin təşkilini aparmaq;
- İş proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Vəzifə tələbləri:
- Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə);
- Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
- Biznes və strategiyalar üzrə biliklər (SMM, SEO, PPC və s.);
- Müştəri münasibətlərinin uzunmüddətli idarə olunması;
- Yeni bazarlara çıxış strategiyalarının hazırlanması
- Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
- Azərbaycan və rus dili səlis, İngilis dili yaxşı;
- 1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
- Struktur: Kommersiya, Satış və Marketinq departamenti
- Bilavasitə tabe olduğu şəxs: Kommersiya departamentinin rəhbəri
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Biznes və ixrac üzrə mütəxəssis) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.