Eden Agro MMC Eden Agro MMC
  • 130

Geodeziya və xəritələşdirmə üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Geodeziya və xəritələşdirmə üzrə mütəxəssis

  • Deadline 12 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: EDN - Əməliyyatlar departamenti
  • Birbaşa rəhbər: Aqronomiya əməliyyatları üzrə direktor 
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • GNSS/GPS/RTK və digər geodeziya avadanlıqları vasitəsilə əkin və torpaq sahələrinin ölçülməsini həyata keçirmək;
  • Torpaq sahələrinin faktiki sərhədlərini, koordinatlarını və sahə ölçülərini müəyyən etmək;
  • Ölçmə nəticələri əsasında elektron xəritələr, sahə konturları və koordinat cədvəlləri hazırlamaq;
  • Əkin sahələrinin EKTİS bəyannamələrinin tələblərinə uyğun xəritələşdirilməsini və bölgüsünü həyata keçirmək;
  • Ölçmə nəticələrini mövcud kadastr məlumatları və torpaq sənədləri ilə müqayisə etmək, sərhəd fərqlərini, üst-üstə düşmələri və ehtimal olunan zəbt hallarını müəyyənləşdirmək;
  • Yeni aqropark layihələri üzrə geodeziya ölçmələrini və xəritələşdirmə işlərini həyata keçirmək;
  • Ölçmə və xəritələşdirmə məlumatlarının düzgünlüyünü yoxlamaq, uyğunsuzluqları araşdırmaq və zərurət yarandıqda təkrar ölçmələr aparmaq;
  • Görülmüş işlər üzrə müvafiq hesabatları, elektron xəritələri və koordinat fayllarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.

Vəzifə tələbləri:

  • Geodeziya, topoqrafiya, kartoqrafiya, geomatika, torpaq kadastrı və ya digər əlaqəli ixtisas üzrə təhsil;
  • Geodeziya ölçmələri, koordinat sistemləri, xəritə miqyası və sahə hesablamaları üzrə biliklər;
  • GNSS/GPS/RTK avadanlığı və ya elektron taxeometrlə ölçmə aparmaq və ölçmə məlumatlarını emal üçün ixrac etmək bacarığı;
  • QGIS, AutoCAD və ya digər xəritələşdirmə proqramlarından istifadə üzrə baza bacarıqlarının olması üstünlükdür;
  • Torpaq sənədlərini və kadastr planlarını oxumaq, faktiki ölçmə nəticələri ilə müqayisə etmək və uyğunsuzluqları müəyyənləşdirmək bacarığı;
  • EKTİS və aqrar sahələrin xəritələşdirilməsi üzrə təcrübənin olması üstünlükdür;
  • Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və ünsiyyət bacarıqları;
  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Açıq ərazidə sahə işləri aparmağa hazırlıq.
  • MS PowerPoint və digər MS Office proqramlarından istifadə bacarığı; 
  • Məlumatları sistemləşdirmək və detallara diqqət yetirmək bacarığı; 
  • Məntiqi düşünmə və problem həll etmə bacarığı; 
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; 
  • Məsuliyyətlilik, dəqiqlik və öyrənməyə həvəs; 
  • Azərbaycan dili biliyi; rus və ya ingilis dili biliyi üstünlükdür.

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
  • Peşəkar və liderlik inkişaf proqramları
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Geodeziya və xəritələşdirmə üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily26
  • Weekly309
  • Monthly1782