İnsan resursları və inzibati işlər üzrə menecer

  • Истекает 28 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: İnsan resursları və inzibati işlər departamenti
  • Birbaşa rəhbər: İnsan resursları və inzibati işlər departamentinin rəhbəri
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • İnsan Resursları, İşə Qəbul və İnzibati işlər funksiyalarının gündəlik fəaliyyətini təşkil və koordinasiya etmək, nəticələr barədə Departament rəhbərinə hesabat vermək.
  • İnsan Resursları və İnzibati işlər üzrə cari və perspektiv ehtiyacların müəyyənləşdirilməsində, fəaliyyət və işçi qüvvəsi planlarının hazırlanmasında iştirak etmək və müvafiq təkliflər təqdim etmək.
  • Tabeliyində olan əməkdaşların iş bölgüsünü və prioritetlərini müəyyənləşdirmək, tapşırıqların vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək.
  • İşə qəbul, vəzifə və struktur dəyişiklikləri, əmək haqqı dəyişiklikləri, işdən azad edilmə və digər kadr hərəkətlərinin qanunvericiliyə və Şirkətin daxili qaydalarına uyğun sənədləşdirilməsini təmin etmək.
  • Şəxsi heyətin uçotunun, şəxsi işlərin, arayışların, mükafatlandırma, intizam və digər HR sənədlərinin düzgün hazırlanmasını, saxlanılmasını və aktuallığını təmin etmək.
  • Şirkətin işçi qüvvəsi tələbatının müəyyənləşdirilməsində iştirak etmək, təsdiqlənmiş tələbat əsasında işə qəbul planının hazırlanmasını və icrasını təşkil etmək.
  • İşə Qəbul funksiyasını koordinasiya etmək, vakansiyaların prioritetləşdirilməsi, namizədlərin axtarışı və seçimi, müsahibələrin təşkili, iş təkliflərinin verilməsi və işə qəbul proseslərinin vaxtında icrasını təmin etmək.
  • Yeni əməkdaşların adaptasiya prosesini koordinasiya etmək, əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq tədbirlərin təşkilində iştirak etmək.
  • Məzuniyyət, ezamiyyət və digər işdə olmama hallarının uçotunu və sənədləşdirilməsini, həmçinin əmək və icra intizamı üzrə proseslərin düzgün aparılmasını təmin etmək.
  • HR göstəricilərini, o cümlədən işə qəbul müddəti, namizəd keyfiyyəti, işçi dövriyyəsi və digər əsas göstəriciləri təhlil etmək, dövri hesabatların hazırlanmasını və HR sistemlərində məlumatların düzgünlüyünü təmin etmək.
  • Şirkətin inzibati fəaliyyətini idarə etmək, ofis və digər fəaliyyət sahələrinin mal-material, inventar, avadanlıq, nəqliyyat, rabitə, kommunal, təsərrüfat və digər inzibati xidmətlərlə təmin olunmasını, eləcə də təchizatçı və podratçıların fəaliyyətini koordinasiya etmək.
  • İnsan Resursları və İnzibati işlər üzrə proseslərin effektivliyini qiymətləndirmək, standartlaşdırma, avtomatlaşdırma və təkmilləşdirmə təklifləri hazırlamaq, qanunvericiliyə və Şirkətin daxili qaydalarına riayət etmək, xidməti və şəxsi məlumatların məxfiliyini qorumaq.

Vəzifə tələbləri:

  • İnsan Resursları sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi.
  • Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, Menecment və ya əlaqəli sahələr üzrə üstünlükdür).
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə yaxşı bilik;
  • Kadr kargüzarlığı və HR sənədləşməsi;
  • İşə qəbul və müsahibə metodları;
  • Adaptasiya və işçi inkişafı prosesləri;
  • Performansın qiymətləndirilməsi prinsipləri;
  • Əmək intizamının idarə edilməsi;
  • İnzibati və təsərrüfat proseslərinin təşkili; 
  • MS Office proqramlarını, xüsusilə Excel (Power Query, Pivot Table, Power Pivot və mürəkkəb maliyyə modelləri) yüksək səviyyədə bilməsi; 
  • Analitik düşünmə, strateji planlaşdırma və qərarvermə bacarığı; 
  • Komandanın idarə edilməsi, əməkdaşların inkişafı və funksiyalararası komandalarla effektiv əməkdaşlıq bacarığı; 
  • Sıx iş qrafiki və qısa müddətli tapşırıqlar şəraitində prioritetləri düzgün müəyyənləşdirərək nəticəyönümlü fəaliyyət göstərmək bacarığı; 
  • Yüksək səviyyədə məsuliyyətlilik, məxfilik prinsiplərinə riayət, dəqiqlik, təşəbbüskarlıq və liderlik keyfiyyətləri; 
  • Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməsi; rus dili biliyi üstünlükdür.

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
  • Korporativ tibbi sığorta paketi
  • Peşəkar və liderlik inkişaf proqramları
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində İnsan resursları və inzibati işlər üzrə menecer qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily1
  • Weekly575
  • Monthly1173