Eden Agro MMC Eden Agro MMC
  • 286

Eden Agro MMC

Sənaye ,

Kiçik Auditor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiçik Auditor

  • Deadline 30 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • Struktur: Daxili Audit Departamenti
  • Birbaşa rəhbər: Daxili Audit Meneceri
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • Komanda üzvü qismində səmərəli çalışır, öhdəlikləri bölüşür, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparır;
  • Nəzarət mexanizmlərində çatışmazlıqları, qanunvericiliyin, daxili prosedur və qaydaların pozulmalarını aşkar etmək məqsədi ilə müvafiq məlumatı toplayaraq analiz edir;
  • Biznes proseslər haqqında məlumat toplayır və biznes proseslərin analizində iştirak edir;
  • Nəzarət mexanizmlərinin işlək olmasının təsdiqi məqsədi ilə audit prosedurları olan test və müsahibə üsulunu həyata keçirir;
  • Məlumatın test üsulu ilə yoxlanılmasını həyata keçirir;
  • Audit yoxlamalarının nəticələrini Daxili audit şöbəsinin standartlarına uyğun olaraq sənədləşdirir;
  • Mühasibat sistemlərinin effektivliyi və səmərəliyini, eləcə də qəbul olunmuş mühasibat prosedurlarının təcrübədə tətbiq olunub-olunmamasını yoxlayır;
  • Daxili Audit şöbəsində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirir.

Vəzifə tələbləri:

  • Biznesin idarə edilməsi, Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi
  • Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığıı;
  • Biznes proseslərin analizi metodlarının tətbiqi;
  • Test üsulundan istifadə edərək məlumatın yoxlanılması bacarığı;
  • Müsahibələrin keçirilməsi bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Problemləri həll etmə bacarıqları;
  • Komanda daxilində fəaliyyət göstərmək bacarığı;
  • Stress altında çalışmaq bacarıqları;
  • Azərbaycan, İngilis səlis ( Rus dili – Arzu olunandır)

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
  • Korporativ tibbi sığorta paketi;
  • Peşəkar və liderlik inkişaf proqramları;
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Kiçik Auditor” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily0
  • Weekly305
  • Monthly305