Maliyyə departamentinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə departamentinin rəhbəri

  • Deadline 14 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: Maliyyə departamenti
  • Birbaşa rəhbər: Baş maliyyə inzibatçısı
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • Maliyyə, büdcə və mühasibatlıq nəzarətinin tərkibi olaraq hədəflərin, mühasibatlıq prinsiplərinin və prosedurlarının hazırlanması və tətbiqi; 
  • Müxtəlif maliyyə hesabatlarının yoxlanması və hazırlanmasında yaxından iştirak; 
  • Mühasibatlıq heyətinə nəzarət və onlar qarşısında tapşırıqların qoyulması; 
  • Xərclərin təhlili və layihə üzrə xərclərin bölüşdürülməsi hesabatının yoxlanılması və tərtibatında yaxından iştirak;
  • Mühasibatlıq və inzibati nəzarət mexanizmlərinin yoxlanılması çərçivəsində daxili və kənar audit yoxlamalarının aparılmasında köməklik göstərmək;
  • Sistem üzərində nəzarət mexanizmlərinin qurulması və mövcud sistemin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması;
  • Yeni mühasibatlıq, mal material, əsas vəsait və maliyyə prosedurlarının və nəzarət mexanizmlərinin hazırlanması və tətbiqi;
  • Rəhbərliyə maliyyə hesabatlarının təqdimatı və yaranmış sualların cavablandırılması;
  • ERP sisteminin qurulması və texniki komandaya rəhbərlik;
  • Üst rəhbəri tərəfindən verilən tapşırıqların zamanında dəqiqi və düzgün yerinə yetirməlidir.

Vəzifə tələbləri:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Magistr dərəcəsi üstünlükdür; 
  • ACCA, CIMA, CFA, DipIFR və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür; 
  • Maliyyə, büdcə planlaşdırılması, maliyyə nəzarəti və ya korporativ maliyyə sahəsində minimum 5 il, o cümlədən rəhbər və ya aparıcı vəzifədə ən azı 2 il iş təcrübəsi; 
  • İllik büdcənin hazırlanması, konsolidasiyası, icrasına nəzarət, büdcə-fakt təhlili və forecast/rolling forecast üzrə praktiki təcrübə; 
  • Maliyyə modelləşdirilməsi, proqnozlaşdırma, ssenari təhlili və investisiya layihələrinin maliyyə qiymətləndirilməsi üzrə güclü bilik; 
  • P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması və təhlili, həmçinin IFRS və idarəetmə hesabatlılığı üzrə bilik və təcrübə; 
  • Xərc və rentabellik təhlili, cash flow, likvidlik, dövriyyə kapitalı və maliyyə risklərinin idarə olunması üzrə təcrübə; 
  • Maliyyə və biznes KPI-larının müəyyən edilməsi, monitorinqi və nəticələrin rəhbərliyə təqdim edilməsi bacarığı; 
  • Audit, vergi, daxili maliyyə nəzarəti və maliyyə prosedurları üzrə bilik və təcrübə; 
  • ERP sistemləri və MS Excel ilə yüksək səviyyədə işləmək bacarığı; 
  • Güclü analitik və strateji düşünmə, qərarvermə, komanda idarəetməsi və funksiyalararası əməkdaşlıq bacarığı; 
  • Yüksək məsuliyyətlilik, dəqiqlik, məxfilik, təşəbbüskarlıq, nəticəyönümlülük və liderlik keyfiyyətləri; 
  • Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək, rus dili biliyi üstünlükdür.

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
  • Korporativ tibbi sığorta paketi
  • Peşəkar və liderlik inkişaf proqramları
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində Maliyyə departamentinin rəhbəri qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

  • Daily5
  • Weekly579
  • Monthly1177