Məktəbə qədər -Müəllim

  • Истекает 21 июнь 2026

Yeni fəaliyyətə başlayacaq “EduSky Kids Academy“ Məktəbəqədər Tədris Mərkəzinə aşağıdakı ixtisaslar üzrə müəllimlər tələb olunur:

- İngilis dili müəllimi;

- ⁠Rus dili müəllimi;

- ⁠Azərbaycan dili müəllimi;

- ⁠Riyaziyyat müəllimi;

- ⁠Məntiq müəllimi.

 

Vakansiya sayı:

- 2 vakansiya tam ştatlı;

- ⁠3–4 vakansiya 0,5 ştatlı.

 

İş yeri: Atatürk prospekti ətrafı, Gənclik metrosu yaxınlığı.

 

İş şərtləri:

- Rəsmi əmək müqaviləsi;

- ⁠Rahat və inkişafyönümlü iş mühiti;

- ⁠Əməkhaqqının dərs saatına və həftəlik iş qrafikinə uyğun olaraq müəyyən edilməsi.

 

Namizədlərə tələblər:

- Aidiyyəti sahə üzrə bilik və bacarıqlar;

- ⁠Uşaqlarla işləmə qabiliyyəti;

- ⁠Məsuliyyətli və ünsiyyətcil olmaq. 

-Tam ştat müəllimlər üçün ən az 2 illik iş təcrübəsi

 

İş haqqında məlumat:

  • Uşaqların təlim - tərbiyəsi və tədrisi ilə məşğul olmaq;
  • Gündəlik planı hazırlamaq və tətbiq etmək;
  • Uşaqlara fərdi yanaşma, potensiallarını üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq;
  • Kurslarda təlim-tədris və sosial fəaliyyətlərində yaxından iştirak etmək:
  • Valideynlərə uşaqların inkişafı ilə bağlı məsləhətlər vermək və pedaqoji iş aparmaq;
  • Uşaqlarla mehriban, pozitiv və düzgün ünsiyyət qurulması;
  • Qrupun gün rejiminə uyğun olaraq işin düzgün təşkil edilməsi;
  • Uşaqlarla müxtəlif əyləncəli oyunların təşkili;
  • Qrupun və kursun fəaliyyətinə aid olan digər işlərin görülməsi;

 

Maraqlanan namizədlərdən, CV-lərini [email protected] email adresinə göndərilməsi xahiş olunur. 

 

Hörmətlə, 

EduSky Kids Academy Tədris Mərkəzi 

e-mail: [email protected]

Tel 010 381 2906 

 

  • Daily0
  • Weekly635
  • Monthly2019