Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 28 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ-hüquqi aktlara uyğun uçotun təşkil edilməsi;
  • Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
  • Daxil olan pul vəsaitləri, mal-material ehtiyatları və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti üzrə əməliyyatların mühasibat uçotunda düzgün və vaxtında əks etdirilməsi;
  • Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu və hesabat sənədlərində tam və düzgün göstərilməsi;
  • Mühasibat-maliyyə hesabatlarının müəyyən olunmuş müddətlərdə tərtib və təqdim edilməsinə nəzarət;
  • Aylıq, rüblük və illik hesabatların dövlət orqanlarına göndərilməsi;
  • Gündəlik və aylıq daxili hesabatların hazırlanması;
  • Hesab-faktura və elektron qaimələrin tərtib edilməsi;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
  • Əmək haqları, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanması və köçürülməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi.

Namizədə tələblər: 

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə);
  • Minimum 5 il baş mühasib kimi iş təcrübəsi;
  • Peşəkar Mühasib Sertifikatı;
  • Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsi, mühasibat uçotu üzrə dərin biliklər;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • 1C 8.3 proqramında sərbəst işləmə təcrübəsi;
  • E-taxes.gov.az və digər elektron portallardan istifadə bacarığı;
  • Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
  • ACCA, CFA üzrə biliklərə malik namizədlərə üstünlük verilir;
  • Vergi qanunvericiliyini mükəmməl bilməli;
  • Dövlət hesabatlarının tərtib edilməsi üzrə bilik və təcrübə;
  • İdarəetmə və təşkilatçılıq bacarıqları.

İş şərtləri: 

  • Həftədə 6 iş günü, 
  • Əmək haqqı: net 2000 azn
  • Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
  • Karyera inkişafı imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu yerinə “Baş mühasib” yazaraq göndərmələri xahiş olunur.

  • Daily27
  • Weekly503
  • Monthly2130