Vəzifə öhdəlikləri:
- Şirkətin maraqlarını təmsil edilməsi;
- Qısa İdxal Bəyannamələrinin yazılması;
- Mal müşayiətedici sənədlər paketinin təhlili;
- Gömrük prosedurlarına uyğun olaraq gömrük bəyannaməsinin təqdim edilməsi üçün tələb olunan sənədlər paketinin hazırlanması;
- Gömrük rəsmiləşdirilməsi prosesində, həmçinin digər dövlət orqanları / təşkilatları ilə qarşılıqlı əlaqə;
- İllik, aylıq və gündəlik hesabatların hazırlanması;
- Birbaşa rəhbər tərəfindən verilən, vəzifə öhdəliklərinə aid digər tapşırıqları icra etmək.
Namizədə tələblər:
- Azərbaycan və rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir, ingilis dilini isə yaxşı səviyyədə bilməlidir;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olan xanımlar;
- Yüksək kompüter proqram təminatı (Word, Excel, PowerPoint,Outlook) biliklərinin olması önəmlidir.
- Komandada işləmək bacarığı;
- Məqsədyönlülük, məsuliyyətlilik, düzgünlük, analitik düşüncə, dəqiqlik, sorğuları operativ həll etmə bacarığı və etibarlılıq kimi müsbət xüsusiyyətlərə sahib olmaq.
İş şərtləri:
- Həftədə 6 iş günü
- İş yeri: Babər pr. 35
- Əmək haqqı: net 1100-1300 azn
- Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
- Karyera inkişafı imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.