Vəzifə Öhdəlikləri:
- Müştərilər üzrə kredit sorğularını qəbul etmək və ilkin dəyərləndirmə aparmaq
- Kredit tarixçəsi, gəlir və öhdəlikləri təhlil etmək
- Müvafiq electron məlumat bazası üzərindən məlumatların yoxlanılması
- Kredit ödəniş qrafiklərinin hazırlanması və sistemə daxil edilməsi
- Müştərilərlə şəffaf və peşəkar şəkildə ünsiyyət qurmaq
- Geri ödənişlərin nəzarətdə saxlanması və gecikmələrə dair operativ tədbirlərin görülməsi
- Rəhbərliyə hesabatların təqdim olunması
Tələblər:
Təhsil və Təcrübə:
- Maliyyə, mühasibat, bank işi və ya iqtisadiyyat üzrə ali təhsil
- Minimum 1 il kredit sahəsində iş təcrübəsi (bank, lizing, mikro-maliyyə və ya daxili kredit sistemlərində)
Texniki Biliklər:
- MS Excel-də sərbəst işləmə bacarığı (kredit qrafiki, faiz hesablamaları və s.)
- 1C və ya digər kredit sistemləri ilə işləmə təcrübəsi
- SQL və Power BI bilikləri əlavə üstünlükdür
Şəxsi Keyfiyyətlər:
- Dəqiqlik, məsuliyyət və yüksək diqqət
- Analitik düşüncə və qərarvermə bacarığı
- Komanda ilə işləmə və müştəri yönümlü yanaşma
- Etik davranış və konfidensiallıq prinsiplərinə sadiqlik
Dil Bilikləri:
- Azərbaycan dili – Əla
- Rus dili – Əla
- İngilis dili – Yaxşı
İş şərtləri:
- Həftədə 6 iş günü,
- İş yeri: Babək pr.35
- Əmək haqqı: net 1500-1700 azn
- Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
- Karyera inkişafı imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Kredit mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur.