E Efendiler Group
  • 1.7K

Marketinq meneceri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marketinq meneceri

  • Истекает 19 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq strategiyasını müəyyən etmək, marketinq planı, marketinq büdcəsini hazırlamaq, bu plan və büdcəyə əsasən irəliləmək;
  • Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasını bilmək, media əlaqlərini qurmaq, müsahibə və press-reliz mətnlərinin yazılması və onların yerləşdirilməsinə nəzarət etmək;
  • Düzgün reklam alətlərini seçmək, reklam kampaniyalarını yazmaq, ölçüləbilən reklam nəticələrini analiz etmək;
  • Rəqəmsal sahədə alətlərin düzgün seçilməsi və idarə olunmasını təmin etmək;
  • Şirkətin korporativ stili və brandbook-na uyğun dizayn vizuallarının, eskizlərinin yaradılmasına birbaşa nəzarət etmək;
  • Şirkətdaxili marketinq məhsullarına (promo, reklam məhsulları və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirmək;
  • Marketinq araşdırmalarrını həyata keçirmək və araşdırma nəticlərini düzgün analiz edib nəticə çıxarmaq;
  • Marketinq hesabatını hazırlamaq;
  • Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan tapşırıqları yerinə yetirmək;

Namizədə tələblər: 

  • Marketinq, biznes idarəçiliyi və ya oxşar sahədə ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan və ingilis dilləri;
  • Yaradıcı, məsuliyyətli, kreativ;
  • Kollektivlə işləmə bacarığı;
  • Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
  • Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalıdır.

İş şərtləri: 

  • Həftədə 6 iş günü
  • İş yeri: Babək pr.35
  • Əmək haqqı: net 3000 azn
  • Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
  • Karyera inkişafı imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Marketinq meneceri” yazaraq göndərmələri xahiş olunur.

  • Daily12
  • Weekly12
  • Monthly566