Ega Consulting Company Ega Consulting Company
  • 302

Ega Consulting Company

Peşəkar xidmətlər , Maliyyə xidmətləri

Baş Mühasib (Tikinti sektoru)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mühasib (Tikinti sektoru)

  • Deadline 13 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Portfelimizdə olan tikinti sahəsində fəaliyyət göstərən şirkətlərdən biri üçün təcrübəli Baş Mühasib axtarırıq.

Əsas vəzifələr:

  • Tikinti layihələri üzrə maliyyə və mühasibat uçotunun təşkili və tam nəzarətdə saxlanılması
  • Gəlir və xərclərin düzgün uçotunun aparılması, smeta və büdcələrin hazırlanması və icrasına nəzarət
  • Podratçı və subpodratçılarla maliyyə hesablaşmalarının idarə olunması
  • Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların vaxtında və düzgün təqdim edilməsi
  • Tikinti materialları və əsas vəsaitlərin uçotunun aparılması və nəzarəti
  • Bank əməliyyatlarının idarə olunması, ödəniş tapşırıqlarının hazırlanması və pul vəsaitlərinin effektiv idarə edilməsi
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təhlili
  • Audit yoxlamalarına hazırlıq və audit prosesində aktiv iştirak
  • Mühasibat komandasının idarə olunması, iş bölgüsünün təşkili və proseslərin optimallaşdırılması
  • Mühasibat uçotu və vergi qanunvericiliyinə uyğunluğun təmin edilməsi

Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
  • Tikinti sektorunda Baş Mühasib vəzifəsində minimum 3–5 il iş təcrübəsi
  • 1C, Excel və digər mühasibat proqramlarında yüksək səviyyədə bilik
  • Vergi Məcəlləsi və mühasibat uçotu qanunvericiliyini dərindən bilmə
  • Analitik düşünmə, dəqiqlik və yüksək məsuliyyətlilik
  • Komanda idarəetmə və liderlik bacarıqları

Təklif edirik:

  • Əmək haqqı - 2 000 NET

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily121
  • Weekly303
  • Monthly1109