Əsas vəzifələr:
- Marketinq planının hazırlanması və həyata keçirilməsi
- Məhsul haqqında maarifləndirici və promosiya materiallarının hazırlanması
- Tibbi nümayəndələrin tədris və təlimi
- Tibbi nümayəndələrlə ikili çalışma
- Təqdimatların və dəyirmi masaların təşkil olunması və keçirilməsi
- Məhsulun bazar araşdırılması
- Məhsulun tanıdılması üçün layihələrin hazırlanması
- İş saatlarında sürücüylə təmin edilir
- Regionlara ezamiyyət
- Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
- İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;
- Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
- Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
- Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;
- Marketinq komandası ilə əməkdaşlığın edilməsi;
- Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
- Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
- Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
- Büdcənin idarə edilməsi və izlənməsi.
Tələblər:
- Ali təhsil(Tibb Universiteti)
- Müvafiq sahə üzrə iş təcrübəsi: 2 ildən çox;
- Səlis Azərbaycan, Rus, İngilis dilləri biliyi;
- Kateqoriyaların idarə edilməsi sahəsində təcrübə;
- Marketinq və satış əməliyyatları və prosesləri haqqında dərin biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
- Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- CİPS sertifikatları arzuolunandır.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Kazım Kazımzadə küçəsi 92
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: Namizədin təcrübəsinə uyğun olaraq müəyyən edilir.
Şəkilli CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Product Manager” mövzu başlığı ilə göndərməyiniz xahiş olunur.
Uyğun namizədlərlə əlaqə saxlanılacaq.