El-Seym İnşaat QSC El-Seym İnşaat QSC
  • 251

El-Seym İnşaat QSC

Строительство

Keyfiyyətə nəzarət üzrə aparıcı mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Keyfiyyətə nəzarət üzrə aparıcı mühəndis

  • Истекает 9 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Tikintidə keyfiyyətə nəzarətin təmin edilməsi, keyfiyyətin idarəedilməsi planı və prosedurlarının hazırlanması və icrasına nəzarət edilməsi;
  • Tikintidə istifadə olunan materialların, konstruksiyaların və yarımfabrikatların layihə şərtlərinə uyğunluğunu təsdiq edən sənədlərin toplanması, yoxlanılması və saxlanılması;
  • Keyfiyyətə dair müvafiq sənədlərin (mühəndislər, podratçılar) sifarişçiyə və digər aidiyyəti şəxslərə təqdim edilməsi və keyfiyyət tələblərinə riayət olunmasına nəzarət;
  • Tikinti obyektində tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə, işçi cizgilərə, texniki normativ sənədlərə və keyfiyyət proqramına uyğun icrasına nəzarət;
  • Tikintidə istifadə olunan materialların keyfiyyətinə nəzarət edilməsi, mənşə və keyfiyyəti təsdiq edən sənədlərin yoxlanılması;
  • Obyektdə aparılan bütün tikinti proseslərinin mövcud standartlara uyğun həyata keçirilməsinə nəzarət;
  • İş prosesində istifadə olunan material və konstruksiyaların texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqlar aşkar edildikdə aidiyyəti üzrə səlahiyyətli şəxslərə məlumat verilməsi və uyğunsuzluq hesabatlarının hazırlanması;
  • Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarət funksiyasının icra edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə dair tələblər:

  • Bəy namizəd
  • İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Tikintidə keyfiyyətə nəzarət sahəsində minimum 3 il iş təcrübəsi;
  • Layihə-smeta sənədləri, işçi cizgilər və texniki normativ sənədlərlə işləmə bacarığı;
  • Tikinti materialları və konstruksiyalarının keyfiyyət göstəriciləri üzrə biliklər;
  • Forma 2 və Forma 3 sənədlərinin tərtibində praktiki təcrübə;
  • ISO 9001 və digər müvafiq keyfiyyət standartları üzrə biliklər (üstünlükdür);
  • MS Office proqramlarında və AutoCAD faylları ilə sərbəst işləmə bacarığı;
  • Analitik düşünmə, detallara diqqət və məsuliyyətlilik;
  • Vaxtın düzgün idarə edilməsi, planlaşdırma və operativ qərarvermə bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Vakansiya növü: Tam ştat;
  • Əmək haqqı: Razılaşma yolu ilə.

Müraciət qaydası:

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mühəndis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly0
  • Monthly787