Vəzifə öhdəlikləri:
- Layihə üzrə sənədlərin qəbulu, qeydiyyatı və idarə edilməsini təmin etmək;
- Layihələrin çap edilməsi, komplektləşdirilməsi, A1 formatından A3 formatına keçirilməsi;
- Sənədlərin standarta uyğun formatda hazırlanması, kodlaşdırılması, arxivləşdirilməsi;
- Layihə komandası (mühəndis, podratçılar) və sifarişçi ilə sənəd mübadiləsini idarə etmək;
- Tikinti zamanı dəyişiklikləri vaxtında qeydiyyata almaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
- Xanım namizədlərə üstünlük veriləcəkdir
- Təhsil: İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil
- Təcrübə: Müvafiq sahə üzrə 1 il
- Komputer bilikləri: MS Office və AutoCAD faylları ilə işləmək bacarığı mütləqdir.
- Məsuliyyətlilik, diqqətlilik
- Komanda ilə işləmə bacarığı
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nəsimi ray., V.Plotnikov 14.
- Əmək haqqı: Razılaşma yolu ilə
- İş qrafiki: 6 günlük iş həftəsi
- Vakansiya növü - Tam ştat
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə "Sənəd dövriyyəsi və keyfiyyətə nəzarət üzrə mühəndis" yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.