Elbaer — tibbi sərf materiallarının (Baxil, Tibbi maska ve s.) istehsalçısıdır. Şirkət Azərbaycanda klinikalar, laboratoriyalar və xəstəxanalarla birbaşa satış modelini genişləndirir.
Vəzifə öhdəlikləri:
- Klinikalar, laboratoriyalar və xəstəxanalara aktiv satış görüşlərinin həyata keçirilməsi
- Yeni müştərilərin tapılması və biznes əlaqələrinin qurulması
- Məhsulların təqdimatı və satış prosesinin idarə olunması
- Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın saxlanılması
- Günlük satış və görüşlərin hesabatının hazırlanması
- Aylıq satış hədəflərinin yerinə yetirilməsi
Namizədə tələblər:
- Satış sahəsində təcrübə üstünlükdür (tibbi satış təcrübəsi arzuolunandır)
- Güclü ünsiyyət və inandırma bacarığı
- Nəticə yönümlü və aktiv satış düşüncəsi
- Klinikalar və səhiyyə sektoru ilə işləməyə maraq
- Field sales (sahə işi) rejimində işləməyə uyğunluq
Əmək haqqı:
- Fix maaş: 600 AZN
- Bonus sistemi: satışdan 2% komissiya
Performansa əsasən aylıq gəlir əhəmiyyətli dərəcədə artma imkanı mövcuddur
Gəlir potensialı:
- Orta performans: 1000 – 1800 AZN
- Yüksək performans: 2000+ AZN
İş şəraiti:
- Bakı şəhəri və ətraf klinikalar
- Field sales (aktiv müştəri ziyarətləri)
- Tam gün iş rejimi
Axtardığımız profil:
Biz masa arxasında oturan deyil, gedib nəticə yaradan satış mütəxəssisləri axtarırıq.
Əgər:
- Klinikalarla işləməkdən çəkinmirsinizsə
- Satış bağlama bacarığınız varsa
- Öz gəlirinizi özünüz formalaşdırmaq istəyirsinizsə
bu vakansiya sizin üçündür!
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.