İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş saatları: Bazar ertəsi – Cümə: 09:00 – 18:00, Şənbə: 10:00 – 14:00
- Əmək haqqı: 800 – 1000 AZN (net)
Əsas vəzifə və öhdəliklər:
- Yerli və xarici bazarda tədarükçülərin araşdırılması və qiymət təkliflərinin toplanması
- Tədarükçülərlə effektiv danışıqların aparılması və müqavilə şərtlərinin razılaşdırılması
- Satınalma sifarişlərinin hazırlanması və 1C sisteminə daxil edilməsi
- Sifarişlərin çatdırılmasına nəzarət və çatdırılma prosesinin izlənməsi
- Gömrük və qeydiyyat prosesləri üçün lazım olan sənədlərin tam və düzgün şəkildə toplanmasına nəzarət etmək
- Mal-material hərəkətinin izlənməsi və sənədləşmənin düzgün aparılması
- Aylıq və illik satınalma planlarının hazırlanmasında iştirak
- Rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi
Tələblər:
- Tibb və istehsalat sahəsində minimum 1-2 il iş təcrübəsi mütləqdir
- 1C proqramı və Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
- Yüksək analitik düşüncə və danışıqlar aparmaq bacarığı
- Azərbaycan,Ingilis və rus dillərində danışıq qabiliyyəti (ingilis dili arzuolunandır)
- Təşkilati bacarıqlar və operativ qərarvermə qabiliyyəti
Müraciət qaydası:
- Yalnız CV göndərməklə müraciət mümkündür. CV-lərinizi Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.