Elcom Group şirkətinə Reklam Ustası tələb olunur!
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam ştat
- Əmək haqqı: Müsahibə zamanı qarşılıqlı razılaşma əsasında
Vəzifə öhdəlikləri:
- Layihə və texniki sxemlərə uyğun olaraq çöl reklam konstruksiyalarının, işıqlı və işıqsız lövhələrin, stend sistemlərinin istehsalı
- Qabarıq hərflərin, fasad lövhələrinin, işıqlı reklam qurğularının hazırlanması və montajı
- Vinil, baner materialı və digər reklam elementlərinin tətbiqi
- Metal (polad, paslanmaz polad, alüminium) konstruksiyaların hazırlanması, qaynağı və montajı
- İstehsal prosesinin keyfiyyətinə nəzarət
- İstehsal üçün kəsmə, qaynaq, montaj sxemlərinin formalaşdırılması
- SolidWorks proqramında 3D modellərin hazırlanması və texniki çertyojların çıxarılması
Namizədə olan tələblər:
Zəruri tələblər
- Reklam, metal konstruksiya və ya istehsal sahəsində təcrübə
- Texniki çertyoj oxuma və hazırlama bacarığı
- Metal materiallarla (polad, alüminium, paslanmaz) işləmə təcrübəsi
- Qaynaq, kəsmə və montaj əməliyyatları haqqında biliklər
- Ölçü götürmə, hesablama və layihəyə uyğun material sərfiyyatını müəyyənləşdirmə bacarığı
- Komandada işləmək qabiliyyətiç məsuliyyət və dəqiqlik
Arzu olunan tələblər
- SolidWorks proqramında 3D modelləmə bacarığı
- CorelDRAW, AutoCAD və ya Adobe Illustrator proqramlarını bilmə
- SolidCAM, Sheet Metal və ya Weldments modullarında təcrübə
- Sürücülük vəsiqəsi (B kateqoriyası)
Bizim təklifimiz:
- Rəqabətli əmək haqqı (müsahibə zamanı qarşılıqlı razılaşma yolu ilə müəyyən olunacaq)
- Rəsmi əmək müqaviləsi
- Stabil və daimi iş yeri
- Peşəkar inkişaf imkanı
- Şirkət hesabına yüksək keyfiyyətli və çeşidli nahar
- Sağlam korporativ mədəniyyət mühiti