Vəzifə Öhdəlikləri:
- Təyin olunmuş ərazidə təmizlik işlərinin və təmizlik personalının idarə edilməsi
- Təmizlik xidmətləri üzrə qrafik qurulması
- Təmizlik işləri üzrə sənədlərin tərtib edilməsi və nəzarətdə saxlanılması
- Təmizlik işçilərinin və yeni işçilərin təlimatlandırılması
- Təmizləyici vasitələrin və avadanlıqların səmərəli və qənaətli şəkildə istifadəsini təmin etmək;
- İşçilərin tələb olunan təmizləyici vasitələr və lazımlı avadanlıqların təchizatını təmin etmək və anbar ehtiyatlarını izləmək;
- Layihə ərazisinin təmizliyinin qənaətbəxş səviyyədə olmasının gündəlik yoxlanmasına nəzarət;
- Təmizlik xidmətləri üçün büdcənin hazırlanması, xərclərin izlənməsi və effektiv idarə olunması;
- Təmizlik prosedurlarında təhlükəsizlik və sağlamlıq qaydalarının tətbiq olunması;
- Təmizlik proseslərini optimallaşdırmaq üçün yeni metod və texnologiyaların tətbiqi;
- İş bölgüsünü planlaşdırmaq və işçilərin davamiyyətinə, vəzifə öhdəliklərini yerinə yetirilməsinə nəzarət
- Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək, nasazlıq hallarında dərhal texniki heyətlə əlaqə saxlamaq.
- Şirkətin ümumi xidmət keyfiyyətinə töhfə vermək məqsədilə digər şöbələrlə koordinasiyalı işləmək.
- Şirkət tərəfindən təşkil olunan fövqəladə hallar və təhlükəsizlik təlimlərində iştirak etmək və heyəti də bu təlimlərə cəlb etmək.
- Əmlakın təhlükəsizliyinə nəzarət: daxili əşyalar, qablar, inventar, təmizləyici mexanizmlər və s.
- Şirkətə məxsus avadanlıq və maşınların düzgün istifadəsinə nəzarət edir.
- İllik və aylıq hesabatların hazırlanması, müvafiq rəhbərliyə təqdim edilməsi.
- Rəhbərliyə gündəlik hesabatların təqdim olunması.
Namizədə dair tələblər:
- Yaş həddi: 30-45 (bəy namizədlər)
- Təhsil: Ali və orta təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Kimyəvi vasitə və təmizlik avadanlıqlarından düzgün istifadəni qaydalarını bilmək;
- Hesabatların hazırlanması üçün kompüterdə işləmək bacarığı;
- Təmizlik işlərinin təşkil edilməsi sahəsində təcrübə;
- İşçilərin və layihələrin idarə olunması sahəsində təcrübə;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, yaxşı ünsiyyət və komandada işləmək bacarıqları;
- Dəyişkən iş qrafikində işləmək qabiliyyəti;
- Güclü ünsiyyət bacarıqları, problem həll etmə qabiliyyəti və nümunəvi liderlik xüsusiyyətləri;
- Məsuliyyətli və tələbkar olmalı;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.