E Electro Industries
  • 100

Electro Industries

Инженерия

Sahə memarı

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sahə memarı

  • Истекает 17 ноябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;
  • Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq, müəllif nəzarətini yerinə yetirmək, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət etmək və aidiyyatı şəxsləri bu tələblərə uyğun istiqamətləndirmək;
  • Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş Beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətlər vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
  • Lazım olduğu halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də, hər növ məlumat mübadiləsinin müvafiq sənədləşdirilmiş məlumatlara nəzarət proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək;
  • İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək.

TƏLƏB OLUNANLAR:

  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili və Rus dili  arzuolunandir
  • Təhsili: ali 
  • Yaş həddi: 25-55 yaş
  • İş təcrübəsi: minimum 3 il təcrübə
  • Kompüter bilikləri: AutoCAD, ArchiCAD, 3Dsmax və s.;

İş şəraiti:

  • İş saati: həftənin 6 günü
  • Əmək haqqı: Razılaşma yolu ilə

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly591
  • Monthly1587