Vəzifə öhdəlikləri:
- Təchizat proseslərinin həyata keçirilməsində dəstək göstərmək;
- Yerli və xarici təchizatçılar üzrə məlumatların toplanmasında iştirak etmək;
- Qiymət təkliflərinin alınması və müqayisə edilməsinə kömək etmək;
- Satınalma sənədlərinin hazırlanmasında iştirak etmək;
- Təchizat üzrə hesabatların hazırlanmasına dəstək vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblər:
- Ali təhsil və ya son kurs tələbəsi (İqtisadiyyat, Menecment, Logistika və ya əlaqəli ixtisaslar üzrə);
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus və ya ingilis dili biliyi üstünlükdür;
- Öyrənməyə həvəsli, məsuliyyətli və diqqətli olmaq;
- Analitik düşünmə və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- Həftənin 5 iş günü;
- Təcrübə müddətində peşəkar inkişaf imkanı;
- Dinamik və peşəkar iş mühiti;
- Uğurlu namizədlər üçün daimi işə qəbul perspektivi.
İş ünvanı: RST Global Business Center 2
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat üzrə Kiçik Mütəxəssis (Təcrübəçi)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.