Eleven Park "Xadimə" axtarır.
Vəzifə öhdəlikləri:
- Əmək və nizam-intizam qaydalarına riayət etmək.
- Şirkətdə təmizlik işlərinin həyata keçirilməsi, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq.
- Şirkətin rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək.
- Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq.
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülki müdafiə qaydalarına riayət etmək.
- Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirmək.
Əsas tələblər:
- Təmizlik sahəsində təcrübəli.
- Səliqəli, məsuliyyətli və intizamlı olmaq.
- Komandada işləmə bacarığı.
- Uzunmüddətli işləmək niyyəti.
- Yaş həddi: 35–45.
- Fiziki cəhətdən sağlam.
- İşə davamlı və ciddi münasibət.
İş haqqında məlumat:
- İş vaxtı: 6 günlük iş həftəsi;
- İş saatı: Həftə içi--08:00--17:00, şənbə--08:00--14:00;
- Nahar fasiləsi: 13:00--14:00;
- İstirahət günü: bazar;
- Əmək haqqı: 500 AZN (net).
Maraqlanan şəxslər zəhmət olmasa, CV-lərini mövzu yerinə vakansiyanın adını “Xadimə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər və ya +994 55 255 42 11 (yalnız WhatsApp üzərindən) nömrəsi ilə əlaqə saxlasınlar.