Əmanətlərin Sığortalanması Fondu Əmanətlərin Sığortalanması Fondu
  • 582

Əmanətlərin Sığortalanması Fondu

Dövlət qurumu

İcra işləri üzrə mütəxəssis (Şəki Regionu üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İcra işləri üzrə mütəxəssis (Şəki Regionu üzrə)

  • Deadline 29 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

  • İcra məmurları ilə əməkdaşlıq edərək tələbkar olduğumuz qərarların icra olunması işini təşkil etmək;
  • Məhkəmə strukturundan təhvil alınmış və İcra strukturunun məsul şəxsinə təhkim edilmiş portfel üzrə hər bir borca dair dosye təhvil alındığı andan etibarən növbəti iş gününün sonunadək borclu ilə əlaqə saxlamaq, borclu barəsində çıxarılması məhkəmə qərarı barədə məlumat vermək, borcun ödənilməsi istiqamətində danışıqlar aparmaq, məhkəmə qərarının müvafiq İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonrakı icra addımları barədə ətraflı və borclunun başa düşəcəyi formada ona izah etmək;
  • Borclu tərəfindən borcun ödənilməsi niyyətinin olub-olmadığını aydınlaşdırmaq, onunla aparılan danışıqları dolğun və lakonik formada sistemdə qeyd etmək, borclunun ödəniş qabiliyyəti və ödənişin hissə-hissə aparılması, borclunun ödənişinin şərtlərini müəyyən etmək və ərizənin rəsmiləşdirilməsində iştirak etmək, borclunun ərizəsi ilə verdiyi təminata əsasən icra strukturunun əməkdaşı borc tam icra edilənədək yığıma (ödənişə) nəzarət etmək, borclu ilə əlaqə saxlamaq mümkün olmadıqda sistemdə mövcud olan digər nömrələr ilə əlaqə saxlamaq, əlaqədar olan şəxslərlə danışıqlar aparmaq və hər bir iş üzrə məlumat bazası yaratmaq;
  • İşin müsbət həlli üçün borcluların təqibi zamanı kredit verilən zaman təqdim edilmiş telefon nömrələri ilə də əlaqə saxlamaq, həmin nömrələrin aidiyyətini, borclu ilə hansı əlaqədə olmasını müəyyən etmək və borclu ilə şəxsən əlaqə yaratmaq mümkün olmadıqda həmin şəxslərin vasitəsi ilə borclunun əlaqə nömrələrini və digər məlumatları əldə etmək (faktiki ünvan, iş yeri, iş yerinin telefon nömrəsi və s.);
  • Borclu ilə könüllü ödəniş edilməsi barədə razılıq əldə edilmədikdə müvafiq məhkəmə icra şöbələri vasitəsi ilə məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək;
  • Ödənişdən imtina edən borcluların iş yerlərinin olub-olmamasını araşdırmaq, iş yerlərini müəyyən etmək, icra şöbələri tərəfindən rəsmi tədbirlərin görülməsi üçün proseslərin təşkilinə və icrasına nəzarət etmək, icra şöbələri tərəfindən aparılan işlərlə əlaqədar müvafiq bank proqramına qeydlər daxil etmək və göndərilən rəsmi sənədlərin surətlərini borclunun dosyesinə əlavə etmək;
  •  Borclu ödənişdən imtina etdikdə, adına heç bir əmlak aşkar edilmədikdə, o cümlədən stabil və rəsmi gəliri olmadıqda həmin borclu barəsində ölkədən çıxışına məhdudiyyətin qoyulması istiqamətində müvafiq tədbirlər görmək, zərurət olduğu halda isə borclunun icra şöbəsinə məcburi gətirilməsi və ya barəsində axtarış işinin açılmasının təmin edilməsi üçün lazımi tədbirlər görmək;
  • İcra tədbirləri zamanı borclular ilə birgə zaminlərlə bağlı tədbirlər görmək (zaminin əmək haqqı və ya pensiyasına yönəltmə, ölkədən çıxışına məhdudiyyətin tətbiqi və s.), borcun ödənilməsi üçün effektiv ola biləcəyini nəzərə alaraq hər bir icra strukturu əməkdaşı ona təhkim olunmuş portfel üzrə zaminləri müəyyənləşdirmək, onlar barəsində planlı şəkildə qanunamüvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Qərəzli olaraq borcun ödənilməsindən yayınan müştərilərə dair icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsinə nəzarət etmək və bu cür məhkəmə proseslərində iştirak edərək müsbət nəticə əldə edilməsini təmin etmək;
  • Təhkim edilən portfellərə mütəmadi nəzarəti həyata keçirmək, icra şöbələri tərəfindən elektron icra informasiya sisteminin digər dövlət qurumlarına inteqrasiyasını nəzərə alaraq borcluların əmlak vəziyyətini (daşınar və daşınmaz ənmlak, əmək haqqı, pensiya, təqaüd və s.) müəyyənləşdirmək, sorğular göndərmək, sorğuların cavablandırılması üçün zəruri hərəkətləri etmək, icra orqanları tərəfindən işlərin “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinin tətbiq edilməsi ilə işlərin məhkəməyə qaytarılmasının qarşısını almaq, belə hallar baş verdikdə məhkəməyə müraciət edərək həmin işlərin yenidən icraya yönəldilməsini təmin etmək;
  • İpoteka predmetinin və ya girovun balansa götürülməsi, balansdan silinməsi proseslərinin aidiyyəti üzrə öz səlahiyyətləri çərçivəsində icrasına nəzarət etmək;
  • Öz vəzifələrinin icrası ilə əlaqədar əldə etdiyi daxili məlumatların, həmçinin bankın, onun müştərilərinin və digər əməkdaşları barədə məlumatların (bank və kommersiya) məxfiliyini qorumaq.

Tələblər:

  • vətəndaş qüsursuzluğuna malik olma,
  • təhsil - ali,
  • təcrübə - icra və bank sahəsində bütövlükdə minimum 1 illik iş təcrübəsinə malik olma,
  • kompyuter biliyi – Word, Excel və internetdə işləmə bacarığı,
  • azərbaycan dilində sərbəst danışmaq, fikrini yazılı ifadə etmək qabiliyyəti, rus və ingilis dilləri üzrə baza biliklərinə malik olma,
  • vaxtın düzgün idarəedilməsi qabiliyyəti,
  • ünsiyyət qurmaq bacarığı,

Bacarıq və səriştələr

  • Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • Ünsiyyətcil olmalı;
  • Problemləri həll etmə bacarığı;
  • Verilən tapşırıqları vaxtında və lazımi qaydada icra etmək.

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: şənbə və bazar günləri
  • əmək haqqı: qarşılıqlı razılıq əsasında müəyyən olunacaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily130
  • Weekly254
  • Monthly1527