Təsvir
- Marketinq kommunikasiyaları üzrə mütəxəssis şirkətin marketinq strategiyasına uyğun ənənəvi kanallar üzrə həyata keçiriləcək fəaliyyətləri planlamaq və həyata keçirmək;
- Bazarın araşdırılması, mövcud rəqabət mühitinin analizini aparmaq;
- Rəqiblərin kampaniyalarını daimi izləmək;
- Mebel sahəsində yeni marketinq trendlərin izlənilməsi və müvafiq kateqoriyaya tətbiq etmək;
- Əlaqəli brendlərlə “co-marketing” layihələrinin planlanması və həyata keçirilməsi;
- Yeni məhsulların çəkilişlərini təmin etmək;
- Brendin reklam və promo məhsullarına eytiyyacı müəyyən etmək və istehsalını təmin etmək;
- Brendin reklam materiallarının dizayn konseptinin hazırlanmasında iştirak etmək;
- Mağazaların inkişafı üçün marketinq dəstəyinin verilməsi;
- Marketinq və satışa dəstək kampaniyasının hazırlanması prosesində iştirak etmək;
- Brendin ənənəvi kanallarda istifadə etdiyi marketinq fəaliyyətinin effektivliyini ölçmək və lazimi dəyişiklik təklifləri vermək;
- Mövcud məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müştəri məmnuniyyətinin artırılması və onlarla bağlı qaydalara əlavə və dəyişikliklərin edilməsini həyata keçirmək.
Tələblər
- Ali təhsil (marketinq, iqtisadiyyat, jurnalistika sahəsində arzu olunandır);
- Marketinq sahəsində ən azı 2 il iş təcrübəsi;
- MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
- Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
- Analitik düşünmə qabiliyyətinə malik olmaq.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.