İş şəraiti
- İş qrafiki: 6 günlük / 09:00 – 18:00
- İş yeri: Bakı, Azərbaycan
Vakansiyaya aid tələblər:
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi
- Tikinti materiallarının və xidmətlərin bazar qiymətlərinin araşdırılması
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi
- Smeta sənədlərinin müvafiq normativlərə (SNİP, DBN, ARSM və s.) uyğun tərtib edilməsi
- Layihənin maliyyə dəyərləndirilməsinin aparılması və büdcənin optimallaşdırılması
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb şöbə rəisinə təqdim olunması
- Tikinti sahəsində görülən işlərin smeta sənədləri ilə uyğunluğunun yoxlanılması
- Azər Tikinti Normativləri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma , Tikinti qanunvericiliyi və tikinti normaları və qaydalarına dair biliklərin olması
- Layihə çertyojları və texniki spesifikasiyalar əsasında yerinə yetiriləcək işlərin həcmini düzgün təyin etmə bacarığı
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması
- İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması
- İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi
- Tikintisi başa çatmış obyektlər üçün çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi
- Yerinə yetirilmiş işlər üçün texniki və material hesabatlarının tərtib olunması
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili
- Vahid qiymət analizləri
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi
- Tikintinin gedişatı üzrə texniki işlərin görülməsi (sənədlərin hazırlanması)
Tələblər
- Resurs, Smeta az və Lokal smetada işləmək bacarığı vəya məlumat olması mütləqdir
- İnşaat mühəndisi ixtisası üzrə bakalavr dərəcəsi
- İnşaat sahəsində ən azı 3 il iş təcrübəsi
- İnşaat proqramlarında işləmək bacarığı
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Smeta mühəndisi” qeyd edib Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.