Təchizat meneceri

  • Истекает 11 январь 2026

Təsvir

  • Ümumi təchizat strategiyasını hazırlamaq və həyata keçirmək
  • Ehtiyacların müəyyən olunması və illik/aylıq təchizat planlarının tərtibi
  • Təchizatçıların seçilməsi, qiymətləndirilməsi və müqavilə danışıqlarının aparılması
  • Qiymət araşdırması, bazar monitorinqi və alternativ təchizatçıların tapılması
  • Satınalma sorğularının idarə edilməsi və təsdiqlənməsi
  • Malların və xidmətlərin keyfiyyətinə, müddətinə və miqdarına nəzarət etmək
  • Təchizat prosesində yaranan risklərin analiz edilməsi və aradan qaldırılması
  • Təchizatla bağlı aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Şirkət daxilində anbar, logistika və digər şöbələrlə əlaqəli şəkildə işləmək
  • Təchizat prosedurlarının optimallaşdırılması və effektivliyin artırılması

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, idarəetmə və ya müvafiq sahə)
  • Təchizat / satınalma sahəsində minimum 3–5 il təcrübə
  • Operativlik və təşəbbüskarlıq
  • Detallara diqqətli və nəticəyə yönəlmiş yanaşma
  • Danışıqlar aparma və ünsiyyət bacarığı
  • MS Office proqramlarını sərbəst bilmək
  • Komanda idarəetmə bacarığı və məsuliyyətlilik
  • Rus və ingilis dillərini bilmək (yazılı və şifahi), sənəd və müqavilə oxuma bacarığı

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • 5 günlük / 09:00 – 18:00

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily3
  • Weekly501
  • Monthly1680