Promoter

  • Deadline 24 July 2026

İş barədə məlumat:

  • Ticarət mərkəzində yerləşən innovativ stendlərimizə ziyarətçilərin diqqətini cəlb etmək, brendin vizual tanıtımını həyata keçirmək;
  • Ticarət mərkəzində stendə yaxınlaşan müştəriləri gülərüzlə qarşılamaq;
  • Tam avtomatlaşdırılmış innovativ aparatlarımızın işləmə prinsipini müştərilərə nümayiş etdirmək;
  • Müştərilərə sensor ekranda məhsul seçməkdə və ödəniş (kart/nağd) prosesində köməklik göstərmək;
  • Şirkətin mövcud kampaniyaları və endirimləri barədə ziyarətçiləri məlumatlandırmaq

 

Tələblər:

  • Aktiv, pozitiv, ünsiyyətcil və təqdimat bacarığı yüksək olan xanımlar;
  • Müştərilərlə rahat dil tapmaq və satış etmək həvəsi;
  • Azərbaycan dilində səlis danışıq (Rus dili arzuolunandır);

 

İş şəraiti

  • Satış aktivliyinə görə yüksək qazanc potensialı (Maaş 400 azn + Bonus sistemi);
  • İş qrafiki: Növbəli şəkildə 10.00 – 16.00 və 16.00 – 22.00 (həftəlik 40 saatı aşmamaq şərti ilə)
  • Karyera Yüksəlişi Şansı: Bizimlə işə başlayan və satış performansında fərqlənən aktiv əməkdaşlarımıza gələcəkdə şirkətin daxili layihələrində və korporativ satış strukturunda "Satış Meneceri" vəzifəsinə yüksəlmək və karyerasını bizimlə davam etdirmək şansı təklif olunur;

 

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily124
  • Weekly537
  • Monthly2606