İş barədə məlumat:
- Müştərilərdən daxil olan texniki servis sorğularının aradan qaldırılması
- Siqnalizasiya, videomüşahidə (CCTV) və digər zəif axın sistemləri ilə bağlı texniki işlərin icrası
- Avadanlıqların ilkin diaqnostikası, nasazlıqların müəyyən edilməsi və həlli
- Texniki xidmət və profilaktik baxışların həyata keçirilməsi
- Görülən işlər barədə rəhbərliyə məlumat verilməsi
- İş prosesində şirkətin texniki standart və qaydalarına riayət edilməsi
- Texniki bilik və bacarıqlar şirkətin mütəxəssisləri tərəfindən öyrədiləcək
Tələblər:
- Şəxsi minik avtomobilinin olması
- Texniki sahəyə maraq və öyrənməyə həvəs
- Siqnalizasiya sistemləri, videomüşahidə sistemləri və zəif axın sistemləri üzrə biliklərə malik olan namizədlərə üstünlük verilir
- Məsuliyyətli, intizamlı və operativ olmaq
- Komandada işləmək və müştərilərlə ünsiyyət qurmaq bacarığı
- İş qrafikinə uyğun fəaliyyət göstərə bilmək
İş şəraiti
- İş qrafiki: 6 gün 09:30-17:30 (Şənbə günü 10:00-14:00)
- Əmək haqqı 800 - 900 manat
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.