Mühasib köməkçisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasib köməkçisi

  • Истекает 25 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması və sistemə daxil edilməsi
  • Internet banking əməliyyatlarının icrası və gündəlik ödənişlərin həyata keçirilməsi
  • Bank və vergi ödənişlərinin düzgün və vaxtında icrası
  • Vergi, DSMF və Statistika hesabatlarının hazırlanmasında iştirak
  • E-qaimə və hesab-fakturaların hazırlanması və göndərilməsi
  • Kassa əməliyyatlarına nəzarət, POS terminallarla əlaqə
  • Mühasibatlıqla bağlı gündəlik əməliyyatların dəstəklənməsi və sənədlərin arxivləşdirilməsi
  • Təsərrüfat əməliyyatlarının düzgün uçotunun aparılmasına dəstək
  • Analitik təhlillər və daxili hesabatların hazırlanmasında iştirak
  • Maliyyə şöbəsinə və Baş mühasibə dəstək vermək

İş şəraiti

  • İş yeri: RST Global Plaza (Ulduz metrosunun yaxınlığı)
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
  • İş qrafiki: Həftənin 6 günü (Bazar ertəsi – Şənbə), Şənbə- qısa iş günü
  • Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil (Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisasları üzrə)
  • Cins: Kişi
  • Yaş: 22–35 yaş
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il təcrübə
  • Proqram bilikləri: MS Excel, MS Word və Logo Tiger proqram bilməsi üstünlükdür
  • Analitik düşünmə və məsuliyyətli yanaşma
  • Vergi qanunvericiliyi və mühasibat prinsipləri üzrə baza biliklər
  • Diqqətli, punktual və öyrənməyə açıq olmalı
  • Komandada işləmək bacarığı və yüksək iş intizamı
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus dili arzuolunandır)

İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasib köməkçisi” qeyd edərək şəkili CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily10
  • Weekly588
  • Monthly2301