Online satış mütəxəssisi

  • Deadline 30 July 2026

 

İş barədə məlumat

  • Müştərilərlə telefon, WhatsApp, Instagram DM və veb-sayt üzərindən operativ ünsiyyət quraraq məhsul satışı prosesini həyata keçirmək;
  • Müştəri ehtiyacını düzgün müəyyənləşdirərək uyğun məhsulların təqdimatını və satışını reallaşdırmaq;
  • Satış texnikalarını və satış prosesinin bütün mərhələlərini effektiv şəkildə tətbiq etmək;
  • Telemarketinq və telesatış prinsiplərinə uyğun işləmək;
  • Müştəri müraciətləri və şikayətləri ilə bağlı müvafiq şöbə rəhbərliyini vaxtında məlumatlandırmaq;
  • Müştəri məmnuniyyətinin təmin edilməsinə və satış hədəflərinin yerinə yetirilməsinə töhfə vermək.

İş şəraiti

  • Əmək haqqı: 500 AZN + bonus
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • İş yeri: Metro Park Ticarət Mərkəzi (Nəriman Nərimanov metrosu yaxınlığı)

Namizədə tələblər

  • Cinsi: Qadın
  • Yaş: 21–35
  • Təhsil: Orta və ya ali
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
  • Online satış və ya müştəri xidməti sahəsində minimum 1 il iş təcrübəsi;
  • Satış və təqdimat bacarıqları yüksək olmalı;
  • Güclü ünsiyyət və inandırma qabiliyyəti;
  • Aktiv, çevik, məsuliyyətli və nəticəyönümlü yanaşma;
  • Komandada işləmək və problemləri operativ həll etmək bacarığı.

 Tələblərə uyğun namizədlərdən mövzu hissəsində "Online Satış Mütəxəssisi" qeyd etməklə şəkilli CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

 

  • Daily8
  • Weekly225
  • Monthly8