Rəqəmsal Marketinq Mütəxəssisi

  • Истекает 22 август 2026

Əsas vəzifələr:

·       Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və icrasında iştirak etmək;

·       Meta Ads, Google Ads, TikTok Ads və digər platformalarda reklam kampaniyalarını planlamaq, idarə etmək, optimallaşdırmaq və gündəlik monitorinqini aparmaq;

·       Reklam büdcəsinin effektiv idarə olunmasını təmin etmək və kampaniyaların KPI-lara uyğun nəticə verməsinə nəzarət etmək;

·       ROAS, ROI, CPA, CTR, CPC, CPM, Conversion Rate və digər performans göstəricilərini analiz etmək;

·       Hədəf auditoriyalarını müəyyənləşdirmək, remarketing kampaniyalarını idarə etmək və A/B testləri həyata keçirmək;

·       Google Analytics 4 (GA4), Google Tag Manager və digər analitika alətləri ilə istifadəçi davranışlarını və kampaniya nəticələrini təhlil etmək;

·       Veb-saytın performansı, SEO üzrə açar söz araşdırması və rəqib analizlərində iştirak etmək;

·       Sosial media kontent planının hazırlanmasında iştirak etmək və kreativ komanda ilə koordinasiyalı işləmək;

·       Influencer əməkdaşlıqları, bazar araşdırmaları və yeni rəqəmsal marketinq alətlərinin sınağında iştirak etmək;

·       Həftəlik və aylıq hesabatlar hazırlamaq, nəticələr və inkişaf imkanları barədə rəhbərliyə məlumat vermək.

 

İş şəraiti:

·       Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;

·       İş yeri: Bakı şəhəri, 25 Plaza;

·       İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə);

·       AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.

 

Namizədə tələblər:

·       Ali təhsil (Marketinq, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Kommunikasiya və ya əlaqəli sahələr);

·       Minimum 2 il rəqəmsal marketinq və ya performance marketing sahəsində iş təcrübəsi (Retail və E-commerce təcrübəsi üstünlükdür);

·       Meta Ads Manager, Google Ads və TikTok Ads platformalarında praktiki iş təcrübəsi;

·       Google Analytics 4 (GA4), Google Tag Manager və Google Search Console bilikləri;

·       SEO və SEM üzrə biliklər;

·       Reklam kampaniyalarının planlaşdırılması, optimallaşdırılması və reklam büdcəsinin idarə olunması bacarığı;

·       KPI, ROI, ROAS, CTR, CPC, CPM, CPA və Conversion Rate göstəricilərini analiz etmək bacarığı;

·       Rəqəmsal kampaniyalar üzrə hesabatların hazırlanması və təqdim edilməsi;

·       Sosial media və rəqəmsal kontent planlaması üzrə anlayış;

·       Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı;

·       Analitik düşüncə, yaradıcılıq, nəticəyönümlülük və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığı.

 

Tələblərə uyğun namizədlər mövzu hissəsində "Rəqəmsal Marketinq Mütəxəssisi" qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

 

 

 

  • Daily93
  • Weekly467
  • Monthly2144