Rəqəmsal Marketinq üzrə təcrübəçi

  • Истекает 28 сентябрь 2026

Əsas vəzifələr:

•        Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsində Marketinq komandasına dəstək olmaq;

•        Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal platformalarda reklam kampaniyalarının hazırlanması və idarə olunması prosesində iştirak etmək;

•        Reklam kampaniyalarının gündəlik monitorinqində və nəticələrin izlənilməsində iştirak etmək;

•        Reklam kampaniyalarının əsas göstəricilərini (CTR, CPC, CPM, CPA, ROAS və s.) öyrənmək və analiz etmək;

•        Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və remarketing kampaniyalarının hazırlanması prosesində dəstək olmaq;

•        Google Analytics 4 (GA4), Google Tag Manager və digər analitika alətləri ilə işləməyi öyrənmək və istifadəçi davranışlarının təhlilinə dəstək olmaq;

•        Veb-saytın rəqəmsal performansının və SEO göstəricilərinin izlənilməsində iştirak etmək;

•        Rəqib və bazar araşdırmalarının aparılmasına dəstək olmaq;

•        Sosial media kontent planının hazırlanmasında iştirak etmək və kreativ komanda ilə koordinasiyalı işləmək;

•        Influencer əməkdaşlıqları və rəqəmsal marketinq layihələrinin həyata keçirilməsində dəstək olmaq;

 

 

İş şəraiti:

•        Əmək haqqı: 200 azn Nett əmək haqqı (Şirkət tərəfindən verilir)

•        İş yeri: Bakı şəhəri, 25 Plaza;

•        İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə);

•        Əmək münasibətləri: AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.

 

 

Namizədə tələblər:

•        Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil alan və ya yeni məzun olmuş namizədlər;

•        Rəqəmsal marketinq sahəsinə maraq və bu istiqamətdə inkişaf etmək istəyi;

•        Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal marketinq platformaları haqqında ilkin biliklərin olması üstünlükdür;

         Müvafiq kurs, sertifikat və ya şəxsi layihələrin olması üstünlükdür.

•        SEO və SEM haqqında ümumi anlayış;

•        Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı;

•        Analitik düşüncə və rəqəmlərlə işləməyə maraq;

•        Öyrənməyə açıq və inkişafyönümlü olmaq;

•        Yaradıcı və təşəbbüskar yanaşma;

•        Komanda ilə işləmək bacarığı;

•        Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.

 

 

Tələblərə uyğun namizədlər mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Təcrübəçi” qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

 

 

  • Daily0
  • Weekly653
  • Monthly2406