Mexanik-montaj ustası

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanik-montaj ustası

  • Deadline 20 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Zəngilan şəhəri
  • Layihə: Çirkab su təmizləyici qurğuların tikintisi
  • Vakansiya sayı: 1 nəfər
  • Əməkhaqqı: 1800 AZN NET 

Vəzifə öhdəlikləri

  • Nasosların, elektrik mühərriklərinin və digər mexaniki avadanlıqların quraşdırılması və montajı.
  • Texnoloji boru xətlərinin, flansların, siyirtmələrin, armaturların və digər mexaniki elementlərin montajı.
  • Avadanlıqların səviyyələnməsi, mərkəzləşdirilməsi, bərkidilməsi və sazlanması.
  • Texniki çertyojların və montaj sxemlərinin oxunması.
  • Mexaniki avadanlıqların sınaqlara və istismara hazırlanması.
  • İşin tələbatına uyğun olaraq digər boru, metal konstruksiya və ümumi tikinti-montaj işlərinə kömək göstərilməsi.

Namizədə tələblər

  • Mexaniki montaj sahəsində minimum 2 il iş təcrübəsi.
  • Nasos və mühərrik montajı üzrə praktiki biliklər.
  • Texniki çertyojlarla işləmək bacarığı.
  • Əl və elektrik alətlərindən təhlükəsiz istifadə bacarığı.
  • Komanda ilə işləmək, məsuliyyət və intizam.
  • Əsas ixtisasından əlavə, digər sahə işlərində iştirak etməyə hazırlıq.

Şirkət tərəfindən təmin edilir

  • Rəsmi əmək müqaviləsi.
  • Tikinti düşərgəsində yaşayış.
  • Gündə 3 dəfə qidalanma.
  • İş geyimi və fərdi mühafizə vasitələri.
  • İş üçün tələb olunan alət və avadanlıqlar.

İş rejimi: Layihənin təsdiq olunmuş iş qrafikinə uyğun ayda 4 istirahət günü.

Əlaqə: +994 10 236 76 57

Müraciət zamanı iş təcrübənizi və əvvəl iştirak etdiyiniz layihələri qeyd etməyiniz xahiş olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily6
  • Weekly543
  • Monthly1471