Vəzifə öhdəlikləri:
- Avtomobillərin elektron diaqnostikasını həyata keçirmək;
- Avtomobillərdə təmir işləri aparmaq;
- Nəqliyyat vasitəsində yaranan nasazlıqların hansı səbəbdən yaranmasını müəyyən etmək və təkrar baş verməsinin qarşını almaq məqsədilə önləyici texniki baxışı həyata keçirmək;
- Peşə fəaliyyətinə dair tələb olunan təlimlərdə iştirak etmək;
- Avtomobillərin təmirini və nizamlanmasını istehsalçı zavod tərəfindən verilmiş standartlara uyğun olaraq həyata keçirmək;
- Aparılan təmir işində ləngimə və əlavə işlər yarandığı halda Təmir sexi rəisinə məlumat vermək;
- Təmir sexi rəisi tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali Təhsil( mühəndis ixtisası üzrə)
- iş təcrübəsi tələb edilmir
- Azərbaycan dili və İngilis dili yüksək səviyyədə, Rus dili (arzu olunandır)
- Avtomobil sahəsində texniki biliklər və təcrübə
- Üzərinə məsuliyyət götürmək bacarığı
- Operativlik, dəqiqlik və səliqə
- Komandada işləmək bacarığı və kommunikativlik;
- Məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalıdır
Əmək şəraiti:
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun
- İş rejimi: Həftənin 6 günü;
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Elektrik mühəndisi” qeyd edərək [email protected] email ünvanına göndərə bilərlər.