Layihə işi – Elektrik İşləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi
İki illik enerji layihəsində çalışmaq istəyirsinizsə, komandamıza Elektrik İşləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi (Quality Assurance Engineer – Electrical Works) vakansiyası üzrə əməkdaş axtarırıq.
Tələblər:
- Mühəndislik ixtisası üzrə bakalavr və ya daha yüksək təhsil
- Elektrik enerjisi sektorunda tercihen minimum 5 illik təcrübə
- Beynəlxalq maliyyələşdirilən layihələrdə iş təcrübəsi üstünlükdür
- İngilis dili biliyi arzuolunandır.
- Yüksək gərginlikli elektrik xətləri və dirəklərinin inşası, həmçinin yarımstansiyaların tikintisində təcrübəli.
Vəzifələr:
- Baş elektrik mühəndisinə iş planı və icra cədvəlinin hazırlanmasında dəstək
- Layihənin elektrik işlərinin icrasına nəzarət və monitorinq
- Bütün işlərin təsdiqlənmiş layihə sənədlərinə uyğunluğunu yoxlamaq
- Quraşdırma, test və istismara verilmə proseslərinə nəzarət
- Görülən işlərin dəqiqliyinin ölçülməsi və keyfiyyətə nəzarət
Qeyd: Bu layihə əsaslı əməkdaşlıqdır və minimum 2 illik müddəti əhatə edir.
Maraqlananlar CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. Əlavə sualınız olarsa, birbaşa LinkedIn üzərindən mənimlə əlaqə saxlaya bilərsiniz.