Enerji effektivliyi və enerji auditləri üzrə Memar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Enerji effektivliyi və enerji auditləri üzrə Memar

  • Deadline 26 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı, Azərbaycan 

İş rejimi: Tam ştat / Ofisdə

Sahə: Enerji effektivliyi / Enerji auditi / Bina zərfi

Vəzifə haqqında

  • Binaların enerji auditlərində aktiv iştirak edəcək, obyektlərdə baxış və ölçmələr aparacaq, bina zərfinin istilik-texniki göstəricilərini təhlil edib texniki hesabatlar və təkliflər hazırlayacaq təcrübəli memar axtarırıq.

Vəzifə öhdəlikləri

  • Enerji auditlərində binaların memarlıq və bina zərfi (divar, dam, döşəmə, pəncərə və qapılar) üzrə texniki qiymətləndirilməsi;
  • Obyektlərdə vizual baxış, ölçü götürmə və mövcud vəziyyətin foto və çertyojlarla sənədləşdirilməsi;
  • Termal kamera ilə istilik körpülərinin, hava sızmalarının və izolyasiya çatışmazlıqlarının müəyyən edilməsi;
  • Konstruksiyaların istilik ötürmə əmsallarının (U-dəyəri) və istilik itkilərinin hesablanması;
  • Mövcud vəziyyət (as-built) çertyojlarının və enerji modeli üçün bina həndəsəsinin hazırlanması;
  • İstilik izolyasiyası, fasad və pəncərə üzrə enerjiyə qənaət tədbirlərinin (ECM) hazırlanması və maya dəyərinin qiymətləndirilməsi;
  • Enerji auditi hesabatlarının memarlıq hissəsinin hazırlanması; layihə komandası və müştərilərlə koordinasiya.

Əsas kvalifikasiya tələbləri

  • Memarlıq üzrə ali təhsil;
  • Memarlıq və ya layihələndirmə sahəsində minimum 3 il peşəkar iş təcrübəsi (mütləqdir);
  • AutoCAD və Revit və ya ArchiCAD proqramlarında sərbəst işləmək;
  • Tikinti materiallarının istilik-texniki xüsusiyyətləri və izolyasiya həlləri üzrə biliklər;
  • Tikinti normaları və qaydaları (AzDTN, SNiP) üzrə biliklər; texniki hesabat hazırlamaq bacarığı;
  • MS Excel ilə işləmək; regionlara ezamiyyətə hazır olmaq.

Üstünlük veriləcək

  • Enerji auditi, enerji effektivliyi və ya yaşıl bina layihələrində təcrübə;
  • DesignBuilder, EnergyPlus və ya digər enerji modelləşdirmə proqramları; termal kamera ilə iş təcrübəsi;
  • LEED, BREEAM, EN ISO 6946, EN ISO 13790 üzrə biliklər; ingilis və rus dilləri.

Təklif edirik

  • Enerji auditi və enerji effektivliyi layihələrində iştirak;
  • Təcrübəyə uyğun əməkhaqqı və inkişaf imkanları.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzusu: Architect – Energy Efficiency & Energy Audit

  • Daily135
  • Weekly250
  • Monthly2225