Vəzifə təsviri:
Energy Monitoring sistemlərinin dizaynı, quraşdırılması və istismara verilməsi üzrə layihələrimizdə texniki dəstək göstərəcək və layihələrin icrasına rəhbərlik edəcək SCADA mühəndisi axtarırıq. Namizəd həmçinin Utility SCADA sistemlərində göstərilən texnoloji istiqamətlər üzrə də fəaliyyət göstərə biləcək bilik və bacarığa sahib olmalıdır.
İş şəraiti:
- İş yeri: Bakı, Azərbaycan
- Səfərlərə uyğun olmalıdır (Azərbaycan və Özbəkistan layihələri)
Əsas vəzifələr:
- SCADA və enerji monitorinq sistemlərinin layihələndirilməsi, konfiqurasiyası və inteqrasiyası
- Sensor, RTU, PLC və kommunikasiya avadanlıqlarının əlaqələndirilməsi
- Layihə çertyojlarının, texniki sənədlərin və interfeys diaqramlarının hazırlanması
- SCADA sistemlərinin test edilməsi, istismara verilməsi və texniki dəstək göstərilməsi
- Müştəri və layihə komandaları ilə koordinasiya və texniki sənədləşmə işlərinin aparılması
- Xarici layihələrdə texniki səfərlərdə iştirak
Tələblər:
- Ali təhsil: Elektrik, Elektronika, Avtomatika və ya əlaqədar sahə üzrə
- İngilis və Rus dillərində sərbəst danışıq bacarığı tələb olunur
- Təcrübə: Minimum 3 il SCADA, enerji monitorinqi və ya avtomatlaşdırma layihələrində iş təcrübəsi
- Proqram bilikləri: SCADA/EMS/DCS platformaları, Modbus, IEC 61850, OPC, TCP/IP protokolları
CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.