Elektrik avadanlıqları və əlaqəli materialların vaxtında və keyfiyyətli şəkildə tədarük edilməsini təmin edə biləcək təcrübəli və təşəbbüskar Təchizatçı axtarırıq!
Əsas vəzifə və öhdəliklər:
- Elektrik avadanlıqları və materialları üzrə bazar araşdırmalarının aparılması
- Təchizatçılarla danışıqlar, müqavilələrin bağlanması və şərtlərin razılaşdırılması
- Qiymət təkliflərinin toplanması və müqayisəli təhlili
- Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət
- Tədarükçülərlə davamlı əməkdaşlıq qurulması
- Materialların vaxtında və keyfiyyətə uyğun çatdırılmasının təmin edilməsi
- Anbar, layihə komandası və digər departamentlərlə koordinasiyalı əməkdaşlıq
- Hesabatların və sənədlərin hazırlanması
- Daxili prosedurların və satınalma siyasətlərinin icrasına nəzarət
Tələblər:
- Ali texniki və ya iqtisadi təhsil (elektrik mühəndisliyi üzrə üstünlük verilir)
- Elektrik avadanlıqlarının satışı və ya təchizatı üzrə azı 2 il iş təcrübəsi
- Satınalma və təchizat zənciri üzrə praktiki biliklər
- Texniki kataloqlarla və məhsul xüsusiyyətləri ilə işləmə bacarığı
- MS Office, 1C, SAP və digər ERP sistemlərində işləmə təcrübəsi
- Analitik düşüncə, danışıqlar aparmaq və qərarvermə bacarığı
- Azərbaycan dili – səlis, ingilis dili – zəruri, rus dili – arzuolunandır
Əmək haqqı: Müsahibə əsasında
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV göndərərkən mövzu sətrində “Təchizatçı – Elektrik Avadanlıqları” qeyd etməyi unutmayın.