E Enjoy Beauty Centre
  • 801

Enjoy Beauty Centre

Hotels, Restaurants & Leisure

Kassir

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kassir

  • Deadline 19 July 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Enjoy Beauty Centre kollektivinə kassir vəzifəsinə məsuliyyətli, diqqətli və ünsiyyət bacarığı yüksək əməkdaş axtarılır.

Vəzifə öhdəlikləri:

  • Müştərilərdən ödənişlərin qəbulu (nağd, hədiyyə kartı və POS-terminal ilə);
  • Gündəlik satış əməliyyatlarının icrası və uçotu;
  • Çeklərin düzgün vurulması və müştəriyə təqdim olunması;
  • Gün sonu kassanın bağlanması və hesabatların hazırlanması;
  • Müştərilərlə nəzakətli və gülərüz münasibətin qurulması;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;

Namizədə tələblər: 

  • Azərbaycan və  rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir;
  • Kassir və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
  • 21–40 yaş arası xanım;
  • Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Kompüter, POS-terminal və MS Office ilə işləmə bacarığı;

İş şərtləri: 

  • Həftədə 6 iş günü (13:00-20:00)
  • İş yeri: Ş.Mehdiyev 1054 (Yasamal r-nu, Chirag Plaza Hotelin yanı)
  • Əmək haqqı: net 700 azn
  • Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
  • Karyera inkişafı imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Kassir” yazaraq göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: 050 298 88 00

  • Daily156
  • Weekly487
  • Monthly1641