Vəzifə öhdəlikləri:
- Layihələrin və təsnifat cədvəllərinin yoxlanılması ;
- Texniki şərtnamələrin hazırlanmasında iştirak etmək;
- Əlaqəli hesabatların hazırlanması;
- Elektrik sistemlərinin layihəyə uyğun qurulmasına və icrasına nəzarət etmək;
- Elektrik avadanlıqlarının və materiallarının keyfiyyətini yoxlamaq və düzgün istifadəsini təmin etmək;
- Podratçılar və elektrik heyətinin iş prosesini idarə etmək və nəzarətdə saxlamaq;
- Tikinti sahəsində elektrik sistemlərinə aid texniki sənədləşməni aparmaq;
- Layihənin vaxtında və keyfiyyətli icrasını təmin etmək;
- Elektrik şəbəkələrinin təhlükəsizlik qaydalarına uyğun qurulmasını təmin etmək.
Tələblər:
- Elektrik mühəndisliyi üzrə ali təhsil;
- Elektrik sistemləri üzrə ən azı 5 il iş təcrübəsi;
- Elektrik normativləri və qaydaları haqqında dərin biliklər;
- AutoCAD, MS Office və digər müvafiq proqramlardan istifadə bacarığı;
Əlavə məlumat:
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 6 günlük iş qrafiki
- İş yeri Zığ qəsəbəsi
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Elektrik mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.