Ensol Ensol
  • 694

Texniki hesabatlar üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki hesabatlar üzrə mühəndis

  • Deadline 15 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
  • Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki normativ sənədləri;
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
  • Riyazi biliklərə mailk olmaq və iş prosesində tətbiq etmək;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;

Vəzifə öhdəlikləri:

  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
  • Tikinti materiallarının məsrəflərinə dair texniki hesabatların hazırlanması;
  • Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı
  • Forma-2 üzrə hesabatların, obyektlər və iş növləri üzrə yığım cədvəlinin hazırlanması və digər texniki sənədlərin doğruluğunu yoxlamaq;

Namizədə tələblər:

  • İş təcrübəsi: tikinti sahəsi üzrə 3 illik iş təcrübə;
  • Təhsil: Ali iqtisad təhsili;
  • Dil biliyi: Azərbaycan dili və rus dili;
  • İqtisadi mühəndislik bilikləri, dinamiklik, detallara yüksək diqqət, analitik təhlil etmə bacarığı, gərginliyə davamlılıq;
  • Kompyuter Bilikləri: MS Office proqramlarında və 1C proqramında (7.7/8.3) sərbəst istifadə bacarığı.

Digər şərtlər:

  • Əmək haqqı: 1500-1800 (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişə bilər);
  • İş qrafiki 5 günlük, 08.30-17.30;

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily128
  • Weekly128
  • Monthly1666