Vəzifə Öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərini tərtib etmək
- Layihədəki tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Texniki sənədlərin hazırlanması və aidiyyəti qurumlarla koordinasiyanın təmin edilməsi
- Yerinə yetirilmiş işlərin smeta və layihəyə uyğun yerinə yetirilməsinin yoxlanılması
- Təsdiq olunmuş qiymətlər cədvəlinə uyğun olaraq Forma 2 və Forma 3-ün tərtib olunması
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
- Görülmüş işlərin təhvil-təslim aktlarının tərtib olunması
- Smetaların bazar qiymətləri ilə hesablanması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması.
Tələblər:
- Ali təhsil (İnşaat üzrə);
- Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq
- MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- İnşaat norma və qaydalarını bilməlidir;
İş şəraiti:
- Əmək haqqı : Namizədin bilik və bacarıqlarına görə müəyyənləşdiriləcəkdir.
- İş qrafiki : 6 günlük, 09.00-18.00
- Ünvan: Zığ q.
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Texniki Ofis Mühəndisi” adını qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına CV-ni göndərməkləri xahiş olunur.