Daxili Nəzarət şöbəsinin müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Daxili Nəzarət şöbəsinin müdiri

  • Истекает 30 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Epoint Inc. – kiçik və orta bizneslər üçün yaradılmış onlayn ödəniş və e-ticarət platformasıdır. Texniki biliklərə və əlavə resurslara ehtiyac olmadan kartla ödənişləri qəbul etmək indi daha sadə və əlçatan oldu. ABŞ (Delaware) və Azərbaycan (Bakı) ofislərimiz vasitəsilə qlobal həlləri yerli bizneslərə təqdim edirik. Şirkətimizin gündəlik ofis fəaliyyəti və proseslərinin daha səmərəli idarə olunması üçün komandamıza yeni Daxili Nəzarət şöbəsinin müdiri axtarışına start verilir.

Daxili Nəzarət şöbəsinin müdiri

Vəzifə öhdəlikləri

  • Şöbənin illik daxili nəzarət və yoxlama planının hazırlanmasına və icrasına rəhbərlik etmək;
  • Daxili nəzarət yoxlamalarını həyata keçirmək, icrasına nəzarət etmək və hesabatlıq prosesi idarə etmək;
  • Risklərin dəyərləndirilməsi və prioritetləşdirilməsi əsasında nəzarət strategiyasını formalaşdırmaq;
  • Uyğunsuzluqların yaranma səbəblərini araşdırmaq və tənzimləyici tədbirlərin icrasını təmin etmək;
  • Şirkət siyasətləri, prosedurlar və standartlarına uyğunluğun qiymətləndirilməsini təmin etmək;
  • Struktur bölmələrdə aşkar edilmiş uyğunsuzluqlar üzrə təkmilləşdirici təkliflər hazırlamaq və icrasını izləmək;
  • Daxili nəzarət nəticələrinə dair illik və aylıq analitik hesabatlar və rəy hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Konfidensiallıq, qərəzsizlik və etik davranış prinsiplərinə riayət olunmasına nəzarət etmək;
  • Şirkətdaxili komitələrdə, işçi qruplarda şöbəni təmsil etmək və nəzarət mühitinin inkişafına töhfə vermək;
  • Şöbə işçilərinin fəaliyyətinə rəhbərlik etmək, iş yükünü bölüşdürmək və intizamın təmin olunmasına nəzarət etmək;
  • Büdcə və şöbə xərclərinin idarə edilməsinə nəzarət etmək.
  • İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra edilməsini təmin etmək.

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqədar sahə);
  • Daxili nəzarət və ya risk sahəsində minimum 3–5 il iş təcrübəsi (maliyyə sektorunda iş təcrübəsi olanlara üstünlük veriləcək).
  • Azərbaycan dilini mükəmməl, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək.
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Hesabatlılıq və proses idarəçiliyi bacarığı;
  • Daxili nəzarət sistemləri, nəzarət nöqtələri və risk yönümlü nəzarət metodologiyası üzrə dərin bilik;
  • Komandada işləmə bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyə, xüsusilə Excel-də analitik hesabat hazırlama bacarığı.

Namizədlərdən CV-lərini Müraciət Et düyməsində göstərilən e-mailə göndərmələri və məktubun mövzu hissəsində “Daxili nəzarət” qeyd etmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcək və əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. 

  • Daily31
  • Weekly161
  • Monthly1593